Təbii ağır elementlərin nüvələrinin öz-özünə dağılma prosesi radioaktivlik adlanır. Radioaktiv proses zamanı təbiətdə kimyəvi elementlərin çevrilməsi baş verir.
    Radioaktivlik ilk dəfə Bekkerel tərəfindən 1896-cı ildə Uran və onun birləşmələrində müşahidə edilmişdir. Sonrakı illərdə Mariya və Pyer Kürilər Toruim elementində də radioaktivliyi müəyyən etmiş və iki yeni radioaktiv elementi - Polonium və Radiumu kəşf etmişlər.
    Bismut nüvəsi davamlı və radioaktiv elementlər arasında sərhəd təşkil edir, yəni bismut davamlı izotopları olan axırıncı elementdir. Dövri sistemdə ondan sonra yerləşən elementlərin hamısının bütün izotopları radioaktivdir.
    Nüvənin radioaktiv dağılmasının müxtəlif növləri məlumdur.
    1) Alfa dağılma
    2) Beta dağılma
    3) Qamma dağılma
    4) Spontan bölünmə
    Kimyəvi elementlərin radioaktiv izotoplarının süni alınma üsulu 1934-cü ildə Jolio və İren Kürilər tərəfindən kəşf edilmişdir. Onlar yüngül elementləri (B, Mg, Al) α-zərrəciklərlə bombardman  etməklə müəyyən etmişlər ki, həmin elementlər də radiaktiv xassə əldə edir və radioaktiv dağılmaya məruz qalmaqla başqa elementlərə çevrilir.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png