Homogen reaksiyaların sürəti reaksiyaya
daxil olan maddə molekullarının zaman vahidi ərzində görüşmələrinin (toqquşmalarının)
sayından asılıdır. Molekulların toqquşma sayı isə öz növbəsində reaksiyaya
daxil olan maddələrin qatılığından asılı olduğu üçün, reaksiya sürəti ilə
maddə qatılığı arasında asılılıq aşağıdakı kimi ifadə edilə bilər.
Verilmiş müəyyən sabit temperatur
şəraitində kimyəvi reaksiyanın sürəti reaksiyay daxil olan maddələrin
qatılıqları hasili ilə düz mütənasibdir. Sürətlə kütlə arasındakı bu
asılılığın xarakteri isveç alimləri Quldberq və Vaage (1867) tərəfindən
müəyyən edilmiş və kütlələrin təsiri qanunu adını almışdır.
Kütlələrin təsiri qanununa əsasən ümumi
mA + nB = pC + qD
tənliyi ilə ifadə olunan kimyəvi reaksiyanın sürəti
aşağıdakı kimi göstərilə bilər:
v= k[A]m [B]n
burada v- reaksiyanın sürətini, [A] və
[B] isə müvafiq surətdə A və B maddələrinin molyar qatılığını göstərir. k-mütənasiblik
əmsalı olub, kimyəvi reaksiyanın sürət sabiti adlanır. k-nın qiyməti
reaksiyaya daxil olan maddələrin qatılığından asılı olmayıb, yalnız onların
təbiətindən və temperaturdan asılıdır.
Kütlələrin təsiri qanunu ideal qaz
qanunlarının qaz reaksiyalara tətbiqi həddində və həmçinin çox duru
məhlullarda baş verən reaksiyalara bilavasitə tətbiq oluna bilir. Digər
şəraitlər üçün isə bu qanunun tətbiqi bir qədər mürəkkəb xarakter daşıyır.
[Əvvəlki səhifə]