Duzları aşağıdakı üsullarla almaq olar::
1. Metallarla qeyri-metalların qarşılıqlı təsiri:
    Fe + S → FeS;    2Na + Cl2 → 2NaCl
2. Metallarla duzların qarşılıqlı təsirindən:
    Zn + CuSO4 ZnSO4 + Cu;    Zn +FeCl2 → ZnCl2 +Fe
    Bu reaksiya götürülən metal elektrokimyəvi gərginlik sırasında duzun tərkibindəki metaldan solda durduqda gedir.
3. Qeyri-metalların duzlarla qarşılıqlı təsirindən:
    Cl2 + 2KJ → 2KCl + J2
4. Turşuların metallarla qarşılıqlı təsirindən:
    Fe + 2HCl → FeCl2 + H2
5. Turşuların əsasi və amfoter oksidlərlə qarşılıqlı təsirindən:
    2HCl + Na2O → 2NaCl + H2O;    2HNO3 + MgO → Mg(NO3)2 + H2O
6. Turşuların duzlarla qarşılıqlı təsirindən:
    HCl + AgNO3 → AgCl + HNO3
7. Turşuların əsaslarla qarşılıqlı təsirindən (neytrallaşma reaksiyası).
    Birəsaslı turşu ilə birturşulu əsas qarşılıqlı təsirdə olduqda hər zaman normal duz verir. Birəsaslı turşu turş, əsasi və ikiqat duz vermir.
    Axırıncı dörd reaksiya üçün turşuların xassələrinə baxmaq olar.
8. Qələvilərin turşu oksidləri ilə qarşılıqlı təsirindən.
9. Qələvilərin qeyri-metallarla qarşılıqlı təsirindən.
10. Qələvilərin duzlarla qarşılıqlı təsirindən.
11.Qələvilərin amfoter xassəli metallarla qarşılıqlı təsirindən.
12. Qələvilərin amfoter oksidlərlə qarşılıqlı təsirindən.
    Axırıncı altı reaksiya üçün əsasların xassələri bölməsinə baxın.
13. Duzların duzlarla qarşılıqlı təsirindən:
    NaCl + AgNO3 → AgCl + NaNO3
14. Əsasi oksidlərlə turşu oksidlərinin qarşılıqlı təsirindən.
15. Duzlarla turşu oksidlərinin qarşılıqlı təsirindən.
16. Duzların parçalanmasından:
    2KNO3 → 2KNO2 + O2
    5, 8, 12, 14, 15-ci bəndlərin bəzi reaksiyaları üçün oksidlərin xassələri bölməsinə baxın.
 
   
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png