Termokimyanın iki əsas qanunu məlumdur.
Lavuazye-Laplas qanunu. 1784-cü ildə
kəşf edilmiş bu qanunun mahiyyəti aşağıdakı kimidir: hər bir kimyəvi
birləşmənin sadə tərkib hissələrinə parçalanması zamanı udulan istilik
miqdarı əks işarə ilə həmin birləşmənin bəsit maddələrdən əmələ gəlməsi
zamanı ayrılan istilik miqdarına bərabərdir.
Məsələn, 1 mol metanın karbon və
hidrogenə parçalanmasında 21,7 kkal istilik udulur. Bəsit maddələrdən 1 mol
metan əmələ gəldikdə də eyni miqdarda istilik əmələ gəlir (ayrılır). Buna
əsasən bu qanuna enerjinin itməməsi qanunu kimi də baxmaq olar.
Hess qanunu. Termokimyanın ikinci əsas
qanunu Hess tərəfindən 1840-cı ildə kəşf edilmişdir. Hess qanunu həm də
istilik cəminin sabitliyi qanunu adlanır. Bu qanun aşağıdakı kimi ifadə
olunur:
Reaksiyanın istilik effekti yalnız
reaksiyaya daxil olan və nəticədə əmələ gələn maddələrin təbiəti və fiziki
halından asılı olaraq, reaksiyanın aralıq mərhələlərindən asılı deyildir.
Məsələn, karbon qazının bəsit
maddələrdən əmələ gəlməsinə ya onların qarşılıqlı təsirinin nəticəsi kimi
C+O2=CO2;
ΔH1
və ya
CO-nun əmələ gəlməsi ilə əlaqədar olan mərhələli prosesin nəticəsi kimi
2C+O2=2CO;
ΔH2
2CO+O2=2CO2;
ΔH3
baxıla bilər.
Hess
qanununa görə bu üç prosesin istilik effektləri arasındakı sadə nisbət
aşağıdakı kimi göstərilə bilər:
ΔH1
+ ΔH2 = ΔH3
Termokimyəvi hesablamalarda bəsit maddələrin normal şəraitdə (0 0C,
1 atm.) əmələgəlmə istiliyi sıfır qəbul edilir.
Hess
qanununun sabit təzyiq və sabit həcmdə gedən kimyəvi proseslər üçün tətbiqi
dha ciddi xarakter daşıyır. Belə proseslər üçün Hess qanununa enerjinin
itməməsi qanununun kimyəvi reaksiyalara tətbiq olunan xüsusi halı kimi
baxıla bilər.
[Əvvəlki səhifə]