Kimyanın, kimyəvi reaksiyalarda alınan
istilik effektlərinin miqdarca müəyyən edilməsi ilə məşğul olan bölməsinə
termokimya deyilir.
Termokimyəvi rəqəmlər həzəri və tətbiqi
kimyanın bir çox vacib məsələlərinin həllində əsas rol oynayır. Termokimyəvi
rəqəmlərdən həmçinin atomlar və molekullar arası rabitə enerjisinin
hesablanması, birləşmələrin reaksiya qabiliyyətinin və kimyəvi
proseslərin getmə istiqamətinin əvvəlcədən müəyyən edilməsi kimi mühüm
problemlərin həllində istifadə olunur.
Termokimya canlı orqanizmdə gedən
proseslərin energetik xarakteristikası nöqteyi nəzərindən daha böyük
əhəmiyyət kəsb edir.
Bütün termokimyəvi hesablamaların
əsasını enerjinin itməməsi qanununun nəticələri olan
termokimya qanunları təşkil edir.
[Əvvəlki səhifə]