α-
zərrəciklərin ayrılması ilə gedən radioaktiv proses α-dağılma adlanır. α-
zərrəciklər helium nüvəsindən (2He4) ibarətdir. Buna
görə α-dağılma nəticəsində əmələ gələn elementin başlanğıc elementə nisbəti
nüvə yükü iki, kütlə ədədi uisə dörd vahid azalır:
92U234
→ 90Th230 + 2He4
Radioaktiv
dağılma nəticəsində elementin dövri sistemdə yerdəyişməsinin xarakteri Soddi
tərəfindən müəyən edilmiş və yerdəyişmə qanunu adlandırılmışdır.
α-dağılma
ağır elementlər üçün səciyyəvidir.
β-dağılma
atom nüvəsindəneytron və protonların qarşılıqlı çevrilməsi ilə əlaqədardır.
Təbii radioaktiv izotoplarda yalnız bir növ β-dağılma, yəni elektron (və ya
β-) dağılma baş verir. Bu zaman neytronun protona çevrilməsi
nəticəsində nüvədən elektron və həmçinin neytrino ayrılır:
n → p + β-
+ ν
β-dağılma
nəticəsində nüvənin yükü bir vahid artır, kütlə ədədi isə dəyişmir.
83Bi210
→ 84Po210 + β- + ν
β-dağılma
hər bir elementin ən ağır izotopunda müşahidə edilir.
1938-ci
ildə Alvarets β-dağılmanın "K-zəbtetmə" adını almış xüsusi bir halını
müşahidə etmişdir ki, bu hadisədə nüvə tərəfindən ona ən yaxın elektron
təbəqəsindən elektronun zəbt edilməsi ilə əlaqədardır. Bu vaxt nüvənin bir
protonu neytrona çevrilir və eyni zamanda neytrino ayrılır:
p + e-
→ n + ν
Radioaktiv
dağılmanın pozitron (β+ zərrəcik) ayrılması ilə gedən başqa bir
nüvü də vardır. 193-cü ildə Jolio və İren kürilər tərəfindən kəşf edilmiş β+-dağılma
protonun neytrona çevrilməsi
p → n + β+ + ν
ilə əlaqədar olduğundan o,
nüvələrində neytronlarının sayı nisbətən az olan elementlər üçün
səciyyəvidir:
6C11
→ 5B11 + β+ + ν
Kimyəvi
elementlərin spontan bölünməsi adlı radioaktiv çevrilmə 1940-cı ildə Petrjak
və Flerov tərəfindən kəşf edilmişdir. Ağır elementlər üçün səciyyəvi olan
belə çevrilmə nəticəsində, adətən dövri sistemdə orta xanaları tutan iki
elementin nüvəsi əmələ gəlir və bir neçə neytron ayrılır. Bu vaxt həmçinin
külli miqdarda enerji ayrılır.
Təbii
radioaktiv izotoplarda α- və β-zərrəciklərdən başqa, γ-şüaların ayrılması da
müşahidə edilir. Lakin γ-şüaların ayrılması kimyəvi elementlərin
çevrilməsinə səbəb olmur. O, yalnız α- və β-dağılmanı müşayət etməklə, bu
vaxt həyəcanlı halda əmələ gələn nüvənin enerjisini azaldır və və onu normal
hala keçirir.
[Əvvəlki səhifə]