Məlumdur ki, proton, neytron və elektron eyni spin ədədi qimətinə 1/2 malikdir. Buna görə də neytronun protona çevrilməsinin n→p+e- sxemi üçü spinin saxlanması təmin oluna bilməz. Çevrilməyə qədər neytronun spini 1/2, çevrilmədən sonra isə proton və elektronunu birgə spini vahidə və ya sıfa bərabər olur.
    Bu çətinliyi aradan qaldırmaq üçün Paulinin neytrino kimi zərrəciklərin mövcudluğu haqqında irəli sürdüyü təklif əsasında qəbul olunur ki, β-dağılma zamanı nüvədən elektronlarla birlikdə yüksüz başqa bir zərrəcik - neytrino ("kiçik neytron") buraxılır. Bu zərrəciyin spini 1/2 olub, sükunət kütləsi sıfra yaxındır. Beləliklə, β-dağılma zamanı nüvədən ayrılan enerji iki zərrəcik - elektron (yaxud proton neytrona çevrilərkən pozitron) və neytrino arasında paylanır.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png