α- şüalar
helium nüvəsindən (2He4) ibarətdir. Odur ki, bu
zərrəciklərin yükü müsbət, yük ədədi 2, kütlə ədədi isə 4-dür. α-
zərrəciklər elektrik və maqnit sahələrində zəif meyl edirlər. α- şüalar ən
az nüfuzetmə qabniliyyətinə malikdir. qalınlığı 0,1 mm olan kağız təbəqə
onları keçirmir.
β- şüalar
kütləsi elektronun kütləsinə bərabər olan zərrəciklərdən ibarətdir. Bu
zərrəciklər işıq sürətinə yaxın sürətlə hərəkət edən pozitronlar və
elektronlar olub, müvafiq olaraq müsbət və mənfi yükə malikdirlər. Maqnit
sahəsində çox meyl edirlər. Maddələrdən keçən zaman β- şüalar xeyli az
udulur. Yalnız bir neçə mm qalınlıqdakı alüminium lövhə onları tam udur.
γ-şüalar
ən çox nüfuzetmə qabiliyyətinə malikdir. Hətta 1 sm qalınlıqlı qurğuşun
lövhə onlar üçü keçilməz sədd deyil. Maqnit sahəsində meyl etmirlər. Onlar
neytral elektromaqnit şüalanmadan ibarətdir. Onların kvantı sükunət
kütləsinə malik deyil. Dalğa uzunluğu 10-10 -
10-13 m arasında olan qısa dalğalardan ibarət olduğu üçün
rentgen şüalarından (x-süalar) yüz dəfələrlə daha artıq enerjiyə malikdirlər.
[Əvvəlki səhifə]