Duzlar müxtəlif rəngli, əsasən yüksək ərimə temperaturuna malik bərk, kristal maddələrdir.
    Nitrat və sirkə turşularının bütün duzları suda həll olur. Xlorid turşusunun AgCl və PbCl2 duzlarından başqa qalan duzları suda həll olur. Na+, K+, NH4+ kationlarının duzlarından başqa qalan karbonatlar, silikatlar və fosfatlar suda həll olmur.
    Turş duzların molekulunda hidrogen atomlarının sayı çox olduqca onlar bir o qədər yaxşı həll olur (NaHCO3 istisnadır).
    Duzların kimyəvi xassələri onların metallarla, turşularla, qələvilərlə, turşularla və duzlarla qarşılıqlı təsiri ilə müəyyən olunur.
1. Elektrokimyəvi gərginlik sırasında hər bir metal (qələvi və qələvi-torpaq metallardan başqa) özündən sağda duran metalları onların duzlarının məhlullarından sıxışdırıb çıxarır.
2. Duzlar qələvi məhlulları ilə qarşılıqlı təsirdə olur. Bu zaman əksər hallarda yeni duz və yeni həll olmayan əsas əmələ gəlir.
3. Duzlar turşularla qarşılıqlı təsirdə olur.
4. Əksər həll olan duzlar bir-birilə qarşılıqlı təsirdə olur. Reaksiya həll olmayan duz əmələ gəldikdə baş verir.
5. Bəzi duzlar qızdırıldıqda parçalanır.
    CaCO3 → CaO + CO2
6. Duzlar qeyri-metallarla qarşılıqlı təsirdə olur.
7. Duzlar turşu oksidləri ilə qarşılıqlı təsirdə olur.
    Yuxarıdakı bəndlərin reaksiyaları üçün duzların alınması bölməsinə baxmaq olar.
8. Bəzi duzlar su ilə kristalhidratlar əmələ gətirir.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png