Atom molekul təliminin yaranmasında rus alimi M.V.Lomonosovun rolu böyük olmuşdur. Bu təlim 1860-cı ildə Karlsrue şəhərində kimyaçıların beynəlxalq qurultayında qəbul edilmişdir.
    Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardır:
  1. Maddələr molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
  2. Bərk halda molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində molekullar yerləşir.
  3. Molekullar arasında ölçüləri maddələrin aqreqat halından və temperaturundan asılı olan boşluqlar vardır.
  4. Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir.
  5. Molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvəsi mövcuddur.
  6. Molekullar fiziki hadisələr zamanı dəyişmirlər, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalırlar.
  7. Molekullar atomlardan təşkil olunmuşdur, atomlar da molekullar kimi daim hərəkətdədir.
  8. Bir atom növü digərindən öz kütləsinə, ölçüsünə, elementar zərrəciklərin sayına və ölçüsünə görə fərqlənir.
  9. Qeyri-molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində molekullar yox, atom və ionlar yerləşir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png