Hidroliz dedikdə maddələrin suyun iştirakı ilə parçalanması reaksiyaları başa düşülür. Əslində hidroliz parçalanma yox, mübadilə mexanizmi ilə gedən kimyəvi reaksiyadır. Lakin bu reaksiyalar nəticəsində alınan məhsullar reaksiyaya daxil olan maddənin əmələ gəlməsi zamanı sərf olunan məhsullar olur. Bu isə mövcud maddənin ilkin maddələrə parçalanması kimi təsəvvür edilir.
    Hidroliz reaksiyalarına əsasən neytrallaşma və efirləşmə (esterləşmə) reaksiyalarının məhsulları olan birləşmələr daxil olurlar. Bu cür birləşmələrə duzları və esterləri misal göstərmək olar.
    Duzlar hidroliz nəticəsində turşu və əsaslara parçalanırlar:
    Na2CO3 + H2O → NaOH + H2CO3
    Duzların hidrolizi haqqında elektrolitik dissosiasiya bölməsində daha geniiş məlumat verilib.
    Esterlər üzvi turşularla spirtlərin esterləşmə reaksiyası məhsulları olaraq, hidroliz nəticəsində elə həmin maddələrə parçalanırlar:
    C2H5-O-CO-CH3 + H2O → C2H5-OH + CH3-COOH
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png