Energetik səviyyə və yarımsəviyyələrin
elektronlarla tamamlanmasına dair faktiki ardıcıllığı müəyyən etmək
məqsədilə rus alimi Kleçkovski empirik qayda irəli irəli sürmüşdür ki, buna
əsasən energetik halları yaxın olan yarımsəviyyələrdən baş və orbital kvant
ədədlərinin ədədi qiymətlərinin cəmi nisbətən az olan yarımsəviyyə daha
əvvəl tamamlanmalıdır. Məsələn, 4s-yarımsəviyyə üçün n=4 və l=0 olduğundan
n+l=4, 3d-yarımsəviyyə üçün isə n=3, l=2 olduğundan n+l=5 olur. Deməli,
3d-yarımsəviyyədən əvvəl 4s-yarımsəviyyə elektronla tamamlanmalıdır.
Atomda baş və orbital kvant ədədlərinin
ədədi qiymətlərinin cəmi eyni olan yarımsəviyyələr də mövcuddur: 4p və
3d-yarımsəviyyələr. Kleçkovski qaydasına görə bunlardan baş kvant ədədi
kiçik olan yarımsəviyyə daha əvvəl dolmalıdır. Məsələn,
4f-yarımsəviyyə üçün n=4, l=3; n+l=7
5d-yarımsəviyyə üçün n=5, l=2; n+l=7, yəni əvvəl 4 f-yarımsəviyyə
elektronlarla tamamlanır.
[Əvvəlki səhifə]