Atomda elektronların energetik halı
aşağıdakı 4 kvant ədədi ilə müəyyən edilir:
Baş kvant ədədi atomun fundamental
kvant xarakteristikası olub, n hərfi ilə işarə olunur. Baş kvant ədədi (BKƏ)
kvant səviyyələrinin radiusunu və həmin səviyyələrdə elektronların ümumi
enerjisini müəyyən edir. BKƏ artdıqca, energetik səviyyələrin ümumi enerjisi,
həm də əsasən potensial enerjisi artır. BKƏ natural qiymətlər alır: n=1, 2,
3...
Orbital (azimutal və ya əlavə) kvant
ədədi (OKƏ) l hərfi ilə işarə olunur və energetik səviyyələrin ayrı-ayrı
yarımsəviyyələrə "parçalanmasını" xarakterizə edir. Orbital kvant ədədi n-1
prinsipi üzrə, həmçinin tam müsbət ədədi qiymətlər alır: l=0, 1, 2, 3, ...
n-1. Orbital kvant ədədinin ayrı-ayrı hallarda hansı qiymətlər alması
BKƏ-dən asılıdır. Məsələn, n=1 olduqda, l yalnız bir qiymət alır: l=0.
Beləliklə, n=1 olduğu halda energetik səviyyə (ES) yarımsəviyyələrə "parçalanmır".
n=2 olduqda OKƏ iki qiymət alır: l=0, l=1. Buradan aydın olur ki, BKƏ-nin
ikinci qiymətində ES iki yarımsəviyyəyə "parçalanır".
Hazırda məlum olan kimyəvi elementlərin
atomlarında OKƏ-nin maksimal qiyməti 3-dür (l=3).
Maqnit kvant ədədi (MKƏ) verilmiş
koordinat sistemində elektronların "paylanma" variantlarının sayını
müəyyənləşdirir, ml ilə işarə olunur. MKƏ 2l+1 formulu ilə
müəyyənləşən sayda, sıfırdan keçməklə -l ilə +l arasındakı bütün tam ədədi
qiymətləri qəbul edir. Məsələn, s-elektronda MKƏ sıfra bərabər olur: l=0.
Beləliklə, bu halda elektronun "yerləşmə" ehtimalının yalnız bir variantı
mümkündür: 2*0+1=1.
p-elektronlarda (l=1) MKƏ üç qiymətə
(2*1+1=3) malik olur: ml=-1, ml=0, ml=+1.
d-elektronlarda (l=2) maqnit kvant ədədi beş qiymət alır (2*2+1=5). f-elektronlarda
(l=3) MKƏ yeddi qiymət alır (2*3+1=7).
Baş və orbital kvant ədədləri eyni,
maqnit kvant ədədi müxtəlif olan elektronlar eyni enerjiyə malikdirlər.
Başqa sözlə, BKƏ və OKƏ elektronların enerjisini müəyyən edir, MKƏ isə
enerji ilə bağlı deyil.
Spin kvant ədədi (SKƏ) elektroun
məxsusi fırlanma momentini göstərməklə, förlanma istiqamətlərindən (saat
əqrəbinin hərəkət istiqaməti üzrə və ya əksinə) asılı olaraq, yalnız
iki qiymət alır: +1/2 və -1/2.
BKƏ, OKƏ və MKƏ eyni olan yalnız SKƏ-nə
görə fərqlənən iki elektron enerji və elektron sıxlığının paylanması
cəhətdən, demək olar ki, fərqlənmir. Başqa sözlə, hər iki elektronunu atom
həcminin bütün nöqtələrində müəyyən yerləşmə ehtimalı eynidir. Belə
elektronlar elektron cütü əmələ gətirir. Elektron cütü, adətən belə təsvir
edilir:

burada
kvadrat şərti olaraq, kvant qəfəsini, əks istiqamətli oxlar isə
elektronların spin kvant ədədlərinin müxtəlif olmasını göstərir.
[Əvvəlki səhifə]