Atom spektrinin analizinə, xüsusilə spektr xətlərinin maqnit sahəsində parçalanmasına (Zeyman effekti) əsasən alman alimi Hund yarımsəviyyələrin elektronlarla tamamlanmasına dair müəyyən qayda irəli sürmüşdür ki, bu da hazırda alimin şərəfinə Hund qaydası adlanır.
    Hund qaydasına əsasən orbital kvant ədədinin (l) verilmiş müəyyən qiymətində elektronlar kvant qəfəslərini elə doldurmağa çalışır ki, nəticədə maksimum sayda qəfəs tutulmuş olsun. Başqa sözlə, elektronlar yarımsəviyyədə orbitallar üzrə elə paylanır ki, spin ədədlərinin cəmi mümkün maksimal qiymət ala bilsin.
    Məsələn, p-yarımsəviyyədə 4 elektron iki variantda paylana bilərdi:
    qeyri mümkün hal; mümkün hal;
    Beləliklə, hər bir yarımsəviyyənin bütün kvant qəfəsləri əvvəlcə paralel spinli tək elektronlarla tamamlanır və yalnız bundan sonra qəfəsdə həmin elektronların tədricən qapanması başlayır. Məsələn, azot atomunda elektronların paylanması variantları:
    2s 2p mümkün hal; 2s2p qeyri-mümkün hal.
    Hund qaydasının başqa bir mühüm cəhəti ondan ibarətdir ki, baş kvant ədədinin verilmiş müəyyən qiymətində bir yarımsəviyyə yuxarıda göstərilən qayda üzrə cüt elektronlarla tamamlanmamış həmin prosesin eyni qayda ilə davamlı növbəti  yarımsəviyyəyə keçmir. Məsələn, karbon atomunda:
    2s 2p mümkün hal; 2s 2p qeyri-mümkün hal
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png