Pauli prinsipi atom spektrlərinin
tədqiqi əsasında isveç alimi Pauli (1925) tərəfindən işlənib hazırlanmış və
onun şərəfinə belə adlandırılmışdır.
Pauli prinsipinə əsasən bir atomda (və
ya molekulda) bütün kvant ədədləri tamamilə eyni olan iki elektron belə ola
bilməz. Başqa sözlə, hər bir atomdan götürülmüş hər hansı iki elektron
bir-birindən heç olmasa bir kvant ədədinin qiymətinə görə fərqlənməlidir.
Məsələn, energetik halları (n, l, m
l) eyni olan iki elektron
bütün hallarda spin kvant ədədinə görə bir-birindən fərqlənir. Belə
elektronlar energetik hallarına görə eyni olduqlarından, bir kvant qəfəsini
tutur və spinlərinə görə fərqləndiyinə görə əks istiqamətli oxlarla işarə
edilir:

Beləliklə, n, l və ml kvant
ədədlərinin eyni qiymətlərində bir kvant qəfəsində maksimum iki (əks-spinli)
elektron yerləşə bilər.
[Əvvəlki səhifə]