Metallar ümumi fiziki xassələrə
malikdirlər. Bu, kristaldakı metal rabitəsinin vahid təbiəti ilə əlaqədardır.
Metalların ümumi fiziki xassələri
aşağıdakılardır: 1. plastiklik; 2. metal parıltısı; 3. yüksək istilik və
elektrik keçiriciliyi.
1. Plastiklik - kristalın ayrı-ayrı ion laylarını
aralarındakı rabitə qırılmadan, bir-birinə nisbətən yerdəyişmələrinin
nəticəsidir.
Metalların plastikliyi Au-Ag- Cu-Sn-Pb-Zn-Fe sırası üzrə
azalır.
2. Metal parıltısı metaldakı sərbəst elektronların işıq
şüasını güclü əksetdirməsinin nəticəsidir.
3. Metalların yüksək istilik və elektrik keçiriciliyi
kristal qəfəsində səbəst elektronların yerdəyişməsi ilə əlaqədardır.
Sonuncu iki xassə Hg-Ag istiqamətində
təqribən eyni ardıcıllıqla artır:
Hg, Pb, Fe, Zn, Mg, Al,. Au, Cu, Ag
Lakin bəzi fiziiki xassələrinə, məsələn
sıxlığına, bərkliyinə, ərimə temperaturuna görə metallar bir-birindən xeyli
dərəcədə fərqlənir. Belə ki, bu xassələr metalların fərdi xassələrindən -
kütləsindən, nüvəsinin yükündən, metal rabitəsinin davamlılığından və s.
asılıdır.
Civə və fransiumdan (tər(Fr)=18
0C) başqa bütün metalar adi temperaturda bərk maddələrdir. Ən
asanəriyən metal civə (tər(Hg)=-39 0C), ən çətinəriyən
isə volframdır (tər(W)=3390 ). 1000 0C-dən yuxarı
temperaturda əriyən metallar çətinəriyən, 1000 0C-dən aşağı
temperaturda əriyən metallar isə asanəriyən metallardır.
Sıxlığına görə metalların ən yüngülü
litium (ρ= 0,53 q/sm3), ən ağırı
osmiumdur (ρ= 22,6 q/sm3).
Sıxlığı 5 q/sm3-dən böyük olan metallar ağır metallar (Zn, Fe,
Cu, Hg, Ag, Pt və s.), kiçik olanlar isə yüngül metallardır (Li, Na, Mg, Al
və s.).
Keçid
metallarının (d-elementlər) sıxlığı, qaynama və ərimə temperaturları digər
metallara (s-elementlər) nisbətən yüksəkdir. Bu, onlarda metal rabitəsinin
yaranmasında çoxlu sayda elektronların iştirakı ilə əlaqədar rabitənin
daha davamlı olması ilə izah olunur.
Bərkliyinə
görə ən bərk metal xrom, ən yumşaq metallar isə qələvi metallardır (Na, K,
Rb, Cs və s.).
Texnikada
metalları aşağıdakı qruplara bölürlər:
1. Qara metallar: Fe, Mn, Cr
və onların ərintiləri
2. Əlvan metallar: Al, Mg,
Ca, Cu, Pb, Sn, Zn və s.
3. Nadir metallar: Li, Be, V,
Mo, W və s.
4. Qiymətli metallar: Pt, Au,
Ag, İr, Os, Pd və s.
[Əvvəlki səhifə]