Kimyəvi rabitə

Kovalent rabitə

Kompleks birləşmələr

    İon və kovalent rabitələr əks-spinli açıq (qapanmamış, tək) elektronlarının qapanması nəticəsində əmələ gəldiyi halda, donor-akseptor rabitə bölünməmiş elektron cütü və boş orbitallar arasında yaranır.
    Burada özünün bölünməmiş elektron cütünü istifadə üçün təqdim edən  komponent donor, boş orbitallarının vasitəsilə hazır elektron cütünə ortaq (şərik) olan komponent isə akseptor adlanır. Beləliklə, donor-akseptor rabitə nəticə etibarilə həmçinin kovalent rabitəni xatırladır. Lakin donor-akseptor rabitə, kovalent rabitədə olduğu kimi qarşılılı təsirdə hər iki element atomunun elektronları hesabına deyil, yalnız onlardan birinin məxsusi elektron cütünün ümumi elektron cütünə çevrilməsi nəticəsində yaranır.
    Kimyəvi rabitənin bu növü 1893-cü ildə kompleks birləşmələrin koordinasiya nəzəriyyəsini yaratmış A.Verner tərəfindən kəşf edilmişdir. Bununla əlaqədar, donor-akseptor rabitə əvvəllər koordinativ rabitə adlandırılımışdır.
    Donor-akseptor rabitə bütün kompleks birləşmələrin əmələ gəlməsində iştirak edir. Başqa sözlə, kompleks birləşmələrdə adi rabitələrlə yanaşı, bir qayda olaraq, donor-akseptor rabitə də olur. Kompleks birəşmələrin quruluş formulları yazılarkən, donor-akseptor rabitə adətən, akseptora tərəf istiqamətlənmiş oxa göstərilir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png