Yoxlama nəticələri

1. “İstifadəçidən icazəsiz informasiyaları toplayır və onları “cinayətkara göndərir”. Söhbət hansı ziyanlı proqramdan gedir?
A) Worm
B) Trojan
C) Hoax
D) Stealth
E) Polymorph


2. Reklam proqramları necə adlanırlar?
A) Software
B) Recware
C) Freeware
D) Adware
E) Malware


3. Kompüter viruslarından qorunma səviyyələri ardıcıl verilən variantı seçin.
1. virus hücümlarının təsiri minimuma endirilir
2. virusların kompüterə girməsinin qarşısı alınır
3. virus hücumlarının qarşısı alınır.

A) 1, 2, 3
B) 1, 3, 2
C) 2, 1, 3
D) 2, 3, 1
E) 3, 2, 1


4. Hər hansı məlum virusa yoluxmuş faylı aşkarlamağa imkan verən antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Süzgəclər
E) Vaksinlər


5. Virus aşkarlanmış faylı ilkin vəziyyətə qaytarmağa çalışan antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


6. Hansı antiviruslar kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


7. Proqramların iş qabiliyyətlərini saxlamaqla onları virusa yoluxmuş kimi görünməsi üçün dəyişən antiviruslar hansıdır?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər


8. Aşağıdakı kibercinayətkarları biliklərinin artma sırası ilə düzün.
1. Hacker
2. Script kiddie
3. Cracker

A) 1, 2, 3
B) 1, 3, 2
C) 2, 1, 3
D) 2, 3, 1
E) 3, 1, 2


9. Aşağıdakı mülahizələrdən hansı doğrudur?
A) Kompüter cinayət aləti ola bilər
B) Kompüter cinayətin hədəfi ola bilər
C) Kompüter cinayətli məqsədlərə çatmaq üçün yardımçı vasitə ola bilər
D) Mülahizələrin hamısı
E) Mülahizələrin heç biri


10. Proqramların üzünün çıxarılması üçün qoyulmuş müdafiəni sındıra bilən, amma proqramlarda zəif yerlərin tapılması və müvafiq utilitlərin yazılmasını bacarmayan adamlar necə adlandırılır?
A) User
B) Hacker
C) Cracker
D) Script kiddie
E) Pirate