1. Virus aşkarlanmış faylı ilkin vəziyyətə qaytarmağa çalışan antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər
2. Proqramların iş qabiliyyətlərini saxlamaqla onları virusa yoluxmuş kimi görünməsi üçün dəyişən antiviruslar hansıdır?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər
3. Aşağıdakı mülahizələrdən hansı doğrudur?
A) Kompüter cinayət aləti ola bilər
B) Kompüter cinayətin hədəfi ola bilər
C) Kompüter cinayətli məqsədlərə çatmaq üçün yardımçı vasitə ola bilər
D) Mülahizələrin hamısı
E) Mülahizələrin heç biri
4. Kompüter piratçılığı nədir?
A) Mühüm informasiyanı oğurlamaq məqsədilə sistemin “sındırılması”
B) Kompüterlərə bir neçə istiqamətdən virus hücumlarının təşkili
C) İzinsiz olaraq proqram məhsulunun üzünün çıxarılıb yayılması
D) İstifadəçilərin sistem resurslarına daxil olmasının məhdudlaşdırılması
E) Trojan proqramlarının köməyi ilə başqasının kompüterindən mühüm informasiyaların əldə edilməsi
5. Doğru mülahizəni seçin.
1. Sezar şifri asimmetrik şifrləməyə aiddir
2. Sezar açıq açarlı şifrləməyə aiddir
3. Sezar şifri gizli açarlı şifrləməyə aiddir
A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) yalnız 3
6. Doğru mülahizəni seçin.
1. Rəqəmli imzada şifrləmə üçün açıq açar istifadə edilir
2. Rəqəmli imzada şifrləmə üçün gizli açar istifadə edilir
3. Rəqəmli imzada deşifrləmə üçün gizli açar istifadə edilir
4. Rəqəmli imzada deşifrləmə üçün açıq açar istifadə edilir
A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4
7. İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər necə adlanır?
A) Piratçılıq
B) Kibercinayətkarlıq
C) Kriptoqrafiya
D) Virus hücumu
E) Hakerlik
8. Aşağıdakı əlifbadan istifadə edilməklə “PRİNTER” sözü Sezar şifri ilə şifrlənmiş və “VYOTAIY” şifrlənmiş mətni alınmışdır. Bu halda gizli açar neçə olmuşdur?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) 4
B) 5
C) 6
D) 7
E) 8
9. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 5 olan Sezar şifri ilə “HACKER” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) KEFÖHV
B) QƏGÖXV
C) KEGÖHÜ
D) QƏFOXÜ
E) KEFOHÜ
10. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 3 olan Sezar şifri ilə şifrlənmə nəticəsində “FQXQVQBGT” şifrlənmiş mətni alınmışdır. İlkin mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) EJĞJUJ0ƏS
B) DİGİTİZER
C) EMPLOJER
D) ÇIFIŞIYDP
E) DİNOSAURS