1. Aşağıdakılardan hansılar rastr tipli təsvirlərin mənfi cəhətinə aiddir?
1. rastr təsvirlər yaddaşa qənaət etmirlər
2. rastr təsvirlərin ölçülərini dəyişmək olmur
3. rastr təsvirləri vektor təsvirlərə çevirmək olmur
4. rastr təsvirlərin ölçülərini dəyişən zaman öz keyfiyyətlərini itirirlər
5. rastr təsvirlərdə ancaq ağ-qara rəng modelindən istifadə edilir.
A) 1, 5
B) 1, 4
C) 2, 4
D) 3, 5
E) 1, 3
2. Aşağıdakı proqramın icrasından sonra y dəyişəni hansı qiyməti alacaq.
x=4; y=x*pow(x,2); print(y=
,y)
A) y=64
B) y=8
C) y=20
D) y=6
E) y=10
3. Qrafiki fayl 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarlarının sayı 256 dəfə azaldılarsa, qrafiki təsvirin yaddaş tutumu necə dəyişər?
A) 256 dəfə artar
B) 256 dəfə azalar
C) 4 dəfə azalar
D) 2 dəfə azalar
E) 5 dəfə azalar
4. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması
5. Aşağıdakı hesablama hansı say sistemində doğrudur?
43x+12x=55x
A) 5
B) 10
C) 6 və yuxarı
D) 7
E) 5 və yuxarı
6. Sərt disklərdə informasiyanın saxlanmasının təhlükəsizliyini təmin etmək üçün onları nədən qorumaq lazımdır?
A) Temperaturan aşağı düşməsindən
B) Atmosfer təzyiqinin dəyişkənliyindən
C) İşıqdan
D) Xarici fiziki təsirlərdən
E) Səs siqnallarından
7. Kompüterdə məsələnin həlli hansı ardıcıllıqla aparılır?
1. işçi proqramın icrası, nəticələrin alınması və təhlili
2. proqramlaşdırma dilinin seçilməsi və sazlanması
3. həll alqoritminin yaradılması
4. verilənlərin strukturunun təyini
5. məsələnin qoyuluşu
A) 1, 2, 3, 5, 4
B) 5, 1, 3, 4, 2
C) 3, 2, 1, 5, 4
D) 5, 3, 4, 2, 1
E) 5, 4, 1, 2, 3
8. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED
9. Aşağıdakı proqram fraqmentinin sonunda nəyi tapırıq?
s = 0
for i in range(1, 51):
s = s + i
print(s)
A) İlk əlli bir natural ədədin cəmini
B) İlk əlli natural ədədin cəmini
C) 1 və 51 ədədlərinin cəmini
D) 1 və 50 ədədlərinin cəmini
E) Tək ədədlərin cəmini
10. Verilənlər bazası - ... .
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığınıdır
B) Böyük informasiya massivlərinin saxlanılması və emalı üçün proqramlar məcmusudur
C) Verilənləri toplanması və manipulyasiyasını dəstəkləyən interfeysdir
D) Müəyyən informasiya yığınıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlqə üçün interfeysdir