1. Ümumi təhsil pilləsinin Dövlət Proqramlarına (Kurikulumlarına) aid deyil:
A) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
B) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
C) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
D) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
E) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
2. “Verilmiş sualla bağlı ideyalarını əsaslandırır”.Bu tapşırıq təfəkkürün hansı növünü müəyyən etmək üçün tərtib olunmuşdur?
A) Tənqidi
B) Məntiqi
C) Yaradıcı
D) Hafizə
E) Təxəyyül
3. Pedaqogikanın texnoloji funksiyaları neçə yerə bölünür?
A) 4
B) 2
C) 3
D) 1
E) 6
4. Öz fikrini əsaslandırmaq təfəkkürün hansı növünə aid edilir?
A) Tənqidi
B) Yaradıcı
C) Məntiqi
D) Məntiqi və tənqidi
E) Heç biri
5. Kompetensiyalı müəllimə aid olmayan açar sözü seçin :
A) Yeni təlim üsulları
B) Ana dilində ünsiyyət
C) Məlumatlılıq
D) Mədəni sahədə özünü ifadə etmək bacarığı
E) Hafizə
6. Təhsilalanların şəxsiyyətinə yönəlmiş təlimdir. Təlimi fərdiləşdirməyə, təhsilalanların materialı öz qabilliyyətlərinə, imkanlarına uyğun şəkildə mənimsəməsinə imkan verən təlimdir. Bu hansı təlimdir?
A) Alqoritm
B) Proqramlaşdırılmış
C) Problemli
D) Differensial
E) Ənənəvi
7. Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklər hansı kateqoriyaya aiddir?
A) Koqnitiv
B) Kontekstual
C) Prosedural
D) Deklorativ
E) Heç biri
8. Təlim prosesində rolunu metokoqnitiv bacarıqların(kompetensiyaların) formalaşdırılması baxımından qiymətləndirmək olar. Öyrənməyi öyrənmək məsələsi məhz bu biliklər və onlara müvafiq fəaliyyətləri nəzərə almaqla həyata keçirilə bilər. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Kontekstual
B) Prosedural
C) Deklorativ
D) Faktoloji
E) Metokoqnitiv
9. “Məlumatların müzakirəsi və təşkili” mərhələsində istifadə olunan üsullar:
A) BİBÖ, venn diaqramı,klaster,debat
B) Anlayışın çıxarılması, sokrat dialoqu,kublaşdırma,insert
C) İnsert, akvarium, auksion, mühazirə
D) Qərarlar ağacı, təqdimat,rollu oyun, modelləşdirmə
E) Diskussiya, debat, akvarium, müzakirə, sokrat dialoqu
10. Məsələnin həllinin doğruluğunu sübut edin. Verilmiş tapsırıq təfəkkürün hansı növünə aiddir?
A) Məntiqi
B) Tənqidi
C) Yaradıcı
D) Məntiqi və tənqidi
E) Yaradıcı və məntiqi