1. GPS hansı seqmentlərdən ibarətdir?
A) Qlobal, milli, regional, lokal
B) Kadastr, reestr, siyahı
C) Kosmik, qlobal, subkontinental
D) Kosmik, idarəetmə və istifadəçi
E) Diskret, kəsilməz
2. Uyğunluğu müəyyən edin:
1. Robot manipulyatorlar
2. Mobil robotlar
3. Humanoid robotlar
a. təkərlər, ayaqlar və ya analoji mexanizmlər vasitəsilə hərəkət edirlər
b. fiziki quruluş baxımından insana bənzəyirlər
c. fiziki olaraq öz iş yerinə bağlı olur
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-c, 2-b, 3-a
3. Kompüterin “intellektuallığını” müəyyənləşdirmək üçün təklif olunan sınağın müəllifi kimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
4. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
5. Dünyanın istənilən nöqtəsində koordinatları, eləcə də, Yer səthində və ya fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə nə deyilir?
A) CAD
B) DMS
C) GIS
D) GPS
E) IRS
6. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram
7. İnternetdə axtarış aparıb, tapdığı səhifələri axtarış sisteminə verən hissə hansıdır?
1. Hörümçək
2. Soxulcan
3. İndeksləyici
4. Proqram
A) yalnız 1
B) 1 və 2
C) 3 və 4
D) yalnız 3
E) 2 və 4
8. İnternetdə ilk axtarış sistemi hansı olub?
A) Archie
B) Google
C) Bing
D) Veronica
E) Yandex
9. Doğru mülahizələri seçin.
A) Şahmat oyunu kompüter üçün çətin məsələ hesab edilsə də, onu proqramlaşdırmaq asan oldu.
B) Bir dildən başqasına tərcümə kompüter üçün asan məsələ hesab edilirdi və onu proqramlaşdırmaq asan oldu.
C) Şahmat oyunu kompüter üçün asan məsələ hesab edilsə də, onu reallaşdırmaq problemə çevrilib.
D) Bir dildən başqasına tərcümə kompüter üçün çətin məsələ hesab edilirdi, həqiqətən də onu reallaşdırmaq problemə çevrilib.
E) Nitqin tanınması kompüter üçün çətin məsələ hesab edilirdi, amma onu proqramlaşdırmaq asan oldu.
10. Süni intellektin əsas tədqiqat istiqaməti olub, ekspert sistemlərin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması və biliklər bazasının yaradılması ilə bağlı olan sistem hansıdır?
A) Biliklərə əsaslanan sistemlər
B) Təbii dilin emalı
C) Maşın tərcüməsi
D) Obrazların tanınması
E) Maşın təlimi