1. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında hansı informasiya sistemlərindən istifadə olunur?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Avtomatlaşdırılmış idarəetmə sistemləri
E) Sənədlərin idarəedilməsi sistemləri
2. GPS hansı seqmentlərdən ibarətdir?
A) Qlobal, milli, regional, lokal
B) Kadastr, reestr, siyahı
C) Kosmik, qlobal, subkontinental
D) Kosmik, idarəetmə və istifadəçi
E) Diskret, kəsilməz
3. Uyğunluğu müəyyən edin:
1. Robot manipulyatorlar
2. Mobil robotlar
3. Humanoid robotlar
a. təkərlər, ayaqlar və ya analoji mexanizmlər vasitəsilə hərəkət edirlər
b. fiziki quruluş baxımından insana bənzəyirlər
c. fiziki olaraq öz iş yerinə bağlı olur
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-c, 2-b, 3-a
4. Kompüterin “intellektuallığını” müəyyənləşdirmək üçün təklif olunan sınağın müəllifi kimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
5. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
6. Dünyanın istənilən nöqtəsində koordinatları, eləcə də, Yer səthində və ya fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə nə deyilir?
A) CAD
B) DMS
C) GIS
D) GPS
E) IRS
7. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram
8. İnternetdə axtarış aparıb, tapdığı səhifələri axtarış sisteminə verən hissə hansıdır?
1. Hörümçək
2. Soxulcan
3. İndeksləyici
4. Proqram
A) yalnız 1
B) 1 və 2
C) 3 və 4
D) yalnız 3
E) 2 və 4
9. İnternetdə ilk axtarış sistemi hansı olub?
A) Archie
B) Google
C) Bing
D) Veronica
E) Yandex
10. Doğru mülahizələri seçin.
A) Şahmat oyunu kompüter üçün çətin məsələ hesab edilsə də, onu proqramlaşdırmaq asan oldu.
B) Bir dildən başqasına tərcümə kompüter üçün asan məsələ hesab edilirdi və onu proqramlaşdırmaq asan oldu.
C) Şahmat oyunu kompüter üçün asan məsələ hesab edilsə də, onu reallaşdırmaq problemə çevrilib.
D) Bir dildən başqasına tərcümə kompüter üçün çətin məsələ hesab edilirdi, həqiqətən də onu reallaşdırmaq problemə çevrilib.
E) Nitqin tanınması kompüter üçün çətin məsələ hesab edilirdi, amma onu proqramlaşdırmaq asan oldu.