1. Doğru mülahizələri seçin:
1. “Sistem” termini yunan dilindən tərcümədə “hissələrdən ibarət tam” mənasını verir.
2. Sistem bir-biri ilə əlaqəsi olmayan müstəqil verilənlərdən ibarətdir.
3. Ümumi sistemlər nəzəriyyəsinə görə, istənilən gerçək obyektə sistem kimi baxmaq olar.
A) yalnız 1
B) 1, 2
C) 1, 3
D) 2, 3
E) yalnız 3
2. Aşağıdakılardan hansı informasiya sisteminin komponenti deyil?
A) Aparat təminatı
B) İstifadəçilər
C) Verilənlər
D) Proqram təminatı
E) Texnologiyalar
3. İnformasiya texnologiyaları kateqoriyasını təşkil edən komponentləri seçin:
1. Aparat təminatı
2. İstifadəçilər
3. Verilənlər
4. Proqram təminatı
5. Proses
A) 1, 2, 3
B) 1, 2, 4
C) 1, 3, 4
D) 2, 3, 5
E) 3, 4, 5
4. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında hansı informasiya sistemlərindən istifadə olunur?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Avtomatlaşdırılmış idarəetmə sistemləri
E) Sənədlərin idarəedilməsi sistemləri
5. Uyğunluğu müəyyən edin:
1. Robot manipulyatorlar
2. Mobil robotlar
3. Humanoid robotlar
a. təkərlər, ayaqlar və ya analoji mexanizmlər vasitəsilə hərəkət edirlər
b. fiziki quruluş baxımından insana bənzəyirlər
c. fiziki olaraq öz iş yerinə bağlı olur
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-c, 2-b, 3-a
6. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
7. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram
8. İnternetdə ilk axtarış sistemi hansı olub?
A) Archie
B) Google
C) Bing
D) Veronica
E) Yandex
9. Süni intellektin əsas tədqiqat istiqaməti olub, ekspert sistemlərin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması və biliklər bazasının yaradılması ilə bağlı olan sistem hansıdır?
A) Biliklərə əsaslanan sistemlər
B) Təbii dilin emalı
C) Maşın tərcüməsi
D) Obrazların tanınması
E) Maşın təlimi
10. Aşağıdakllardan hansı Türinq sınağının bir növü hesab edilir?
A) CASE
B) CAPTCHA
C) GPRS
D) GPS
E) IRS