Yoxlama nəticələri

1. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin


2. Dünyanın istənilən nöqtəsində koordinatları, eləcə də, Yer səthində və ya fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə nə deyilir?
A) CAD
B) DMS
C) GIS
D) GPS
E) IRS


3. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram


4. İnternetdə axtarış aparıb, tapdığı səhifələri axtarış sisteminə verən hissə hansıdır?
1. Hörümçək
2. Soxulcan
3. İndeksləyici
4. Proqram

A) yalnız 1
B) 1 və 2
C) 3 və 4
D) yalnız 3
E) 2 və 4


5. İnternetdə ilk axtarış sistemi hansı olub?
A) Archie
B) Google
C) Bing
D) Veronica
E) Yandex


6. Doğru mülahizələri seçin.
A) Şahmat oyunu kompüter üçün çətin məsələ hesab edilsə də, onu proqramlaşdırmaq asan oldu.
B) Bir dildən başqasına tərcümə kompüter üçün asan məsələ hesab edilirdi və onu proqramlaşdırmaq asan oldu.
C) Şahmat oyunu kompüter üçün asan məsələ hesab edilsə də, onu reallaşdırmaq problemə çevrilib.
D) Bir dildən başqasına tərcümə kompüter üçün çətin məsələ hesab edilirdi, həqiqətən də onu reallaşdırmaq problemə çevrilib.
E) Nitqin tanınması kompüter üçün çətin məsələ hesab edilirdi, amma onu proqramlaşdırmaq asan oldu.


7. Süni intellektin əsas tədqiqat istiqaməti olub, ekspert sistemlərin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması və biliklər bazasının yaradılması ilə bağlı olan sistem hansıdır?
A) Biliklərə əsaslanan sistemlər
B) Təbii dilin emalı
C) Maşın tərcüməsi
D) Obrazların tanınması
E) Maşın təlimi


8. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin avtomatik toplanması və formalaşdırılmasına istiqamətlənmiş model, metod və alqoritmləri əhatə edən sahə hansıdır?
A) Robotexnika
B) Süni intellekt üçün proqram mühəndisliyi
C) Təbii dilin emalı
D) Obrazların tanınması
E) Maşın təlimi


9. Aşağıdakllardan hansı Türinq sınağının bir növü hesab edilir?
A) CASE
B) CAPTCHA
C) GPRS
D) GPS
E) IRS


10. Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsi necə adlanır?
A) konfidensiallıq
B) əlçatanlıq
C) relevantlıq
D) aktuallıq
E) dəqiqlik