1. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram
2. İnternetdə axtarış aparıb, tapdığı səhifələri axtarış sisteminə verən hissə hansıdır?
1. Hörümçək
2. Soxulcan
3. İndeksləyici
4. Proqram
A) yalnız 1
B) 1 və 2
C) 3 və 4
D) yalnız 3
E) 2 və 4
3. İnternetdə ilk axtarış sistemi hansı olub?
A) Archie
B) Google
C) Bing
D) Veronica
E) Yandex
4. Doğru mülahizələri seçin.
A) Şahmat oyunu kompüter üçün çətin məsələ hesab edilsə də, onu proqramlaşdırmaq asan oldu.
B) Bir dildən başqasına tərcümə kompüter üçün asan məsələ hesab edilirdi və onu proqramlaşdırmaq asan oldu.
C) Şahmat oyunu kompüter üçün asan məsələ hesab edilsə də, onu reallaşdırmaq problemə çevrilib.
D) Bir dildən başqasına tərcümə kompüter üçün çətin məsələ hesab edilirdi, həqiqətən də onu reallaşdırmaq problemə çevrilib.
E) Nitqin tanınması kompüter üçün çətin məsələ hesab edilirdi, amma onu proqramlaşdırmaq asan oldu.
5. Süni intellektin əsas tədqiqat istiqaməti olub, ekspert sistemlərin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması və biliklər bazasının yaradılması ilə bağlı olan sistem hansıdır?
A) Biliklərə əsaslanan sistemlər
B) Təbii dilin emalı
C) Maşın tərcüməsi
D) Obrazların tanınması
E) Maşın təlimi
6. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin avtomatik toplanması və formalaşdırılmasına istiqamətlənmiş model, metod və alqoritmləri əhatə edən sahə hansıdır?
A) Robotexnika
B) Süni intellekt üçün proqram mühəndisliyi
C) Təbii dilin emalı
D) Obrazların tanınması
E) Maşın təlimi
7. Aşağıdakllardan hansı Türinq sınağının bir növü hesab edilir?
A) CASE
B) CAPTCHA
C) GPRS
D) GPS
E) IRS
8. Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsi necə adlanır?
A) konfidensiallıq
B) əlçatanlıq
C) relevantlıq
D) aktuallıq
E) dəqiqlik
9. Axtarış zamanı istifadə edilən “ağac AND yarpaq” sorğusu nəticəsində hansı səhifələr tapılacaq?
A) Tərkibində ağac və yarpaq sözləri verilmiş ardıcıllıqla gələn səhifələr
B) Tərkibində mütləq ağac sözü olan səhifələr
C) Tərkibində ağac və yarpaq sözlərindən ən azı biri olan səhifələr
D) Tərkibində həm ağac, həm də yarpaq sözlərinin hər ikisi olan səhifələr
E) Tərkibində ya ağac, ya da yarpaq sözləri olan səhifələr
10. Axtarış zamanı istifadə edilən “ağac OR yarpaq” sorğusu nəticəsində hansı səhifələr tapılacaq?
A) Tərkibində ağac və yarpaq sözləri verilmiş ardıcıllıqla gələn səhifələr
B) Tərkibində mütləq ağac sözü olan səhifələr
C) Tərkibində ağac və yarpaq sözlərindən ən azı biri olan səhifələr
D) Tərkibində həm ağac, həm də yarpaq sözlərinın hər ikisi olan səhifələr
E) Tərkibində ya ancaq ağac, ya da ancaq yarpaq sözləri olan səhifələr