1. Öz fikrini əsaslandırmaq təfəkkürün hansı növünə aid edilir?
A) Tənqidi
B) Yaradıcı
C) Məntiqi
D) Məntiqi və tənqidi
E) Heç biri
2. Tədris vahidi nədir?
A) Dərsliklərdə prinsiplərin nəzərə alınmasıdır.
B) Mövzuların tematik qrupudur.
C) Siniflər arasında mövzuların əlaqəsidir.
D) Dərsdə istifadə olunan metodların məcmusudur.
E) Heç biri
3. Əli əsəri oxuyub beynində təhlil edə bilmir. Burada kurikulumun hansı prinsipi pozulur?
A) Şəxsiyyətyönümlülük
B) Nəticəyönümlülük
C) Tələbyönümlülük
D) Şagirdyönümlülük
E) İnteqrativlik
4. Müəllimin pedaqoji taktı nədir?
A) Peşəsinə məhəbbət
B) Şagirdi düzgün başa düşmək
C) Şagirdə tələblər vermək
D) Kollektivdə vəzifələri düzgün bölüşdürmək
E) Şagirdin şəxsiyyətinə hörmət etmək, onlarla ünsiyyətdə müəyyən hədlərə riayət etmək
5. Özünütərbiyə hansı məqsədlə başlayır?
A) Obyektin öz hərəkətlərini arzu olunan motiv kimi dərk etməsi məqsədilə
B) Başqalarının hərəkət və davranışına müsbət təsir etmək məqsədilə
C) Kollektiv fəaliyyətdə yaxından iştirak etmək məqsədilə
D) Başqalarından fərqlənmək məqsədilə
E) Özünüdərk məqsədilə
6. Aynur müəllim Azərbaycan dili dərsində “Fəsillər” şeirini keçdi. Fürsətdən istifadə edərək şagirdlər fəsillərin necə yaranmasında da danışdılar. Burada kurikulumun hansı prinsipi nəzərə alınmışdır?
A) Şəxsiyyətyönümlülük
B) Tələbyönümlülük
C) Şagirdyönümlülük
D) Nəticəyönümlülük
E) İnteqrativlik
7. İnklüziv təhsillə bağlı yanlış fikir hansıdır?
A) Yalnız əlilliyi olan deyil,istənilən uşaq məktəbdə çətinliklər yaşaya bilər
B) Təkmilləşdirmə işləri bütün uşaqlar üçün daha yaxşı təhsil şəraitinə gətirib çıxara bilər
C) Müəllimlərin inklüziv mühitdə dərs deyə bilmələri üçün təcrübəsi artırılmalıdır
D) Əlilliyi olan uşaqlarla işləmək üçün xüsusi mütəxəssisləri məktəbə gətirmək lazımdır
E) Çətinliklər tədrisin təkmilləşdirilməsinin vacibliyini vurğulayır
8. Pedaqogikanın predmetidir:
A) İnsanın tərbiyəsi
B) Təhsilalma prosesindəki texnologiya və münasibətlər sistemi
C) İnsanın təlimi
D) Pedaqogika elmlər sistemi
E) Təlimin prinsipləri və qanunauyğunluqları
9. Pedaqoji texnologiya nəyə deyilir?
A) Öyrənilən elim sahəsində ideyalar məcmusu
B) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu
C) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması
D) Təlim, tərbiyə haqqında elmdir
E) Təlim prosesində şagirdə obyekt kimi yanaşır
10. Kurikulum modeli üzrə qiymətləndirmə prinsipinə aid deyil ?
A) Səxavətlilik
B) Obyektivlik
C) Elmlik
D) Çeviklik
E) Şəffaflıq