Yoxlama nəticələri

1. Müəllim İKT-dən istifadə edə bilmirsə hansı kurikulum prinsipi pozulmuş olar?
A) Şəxsiyyətyönümlülük
B) Şagirdyönümlülük
C) Nəticəyönümlülük
D) Tələbyönümlülük
E) İnteqrativlik


2. Qrup işi zamanı müəllimin səhvini müəyyənləşdirin?
A) Qruplara bölünmə texnikalarını dərsin məqsədinə uyğun olaraq əvvəlcədən müəyyənləşdirir.
B) Qrup işi zamanı şagirdlərin suallarını cavablandırır, yaranan problemi aradan qaldırmaq üçün yeri.
C) Qrup işinin təqdimatı zamanı cavabların pis və yaxşı kimi qiymətləndirilməsindən imtina etmir.
D) Qruplar arasında fikir mübadiləsinin təşkilini əvvəlcədən planlaşdırır.
E) Qrup tapşırıqlarını dərsin məqsədinə uyğun, lakin bir-birindən fərqli olmasına üstünlük verir.


3. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


4. Təlim-tərbiyə prosesində öyrədənlərin müxtəlif pedaqoji üsul və vasitələrdən istifadə etməklə öyrənənlərin təlim və tərbiyəsinin pedaqoji əsaslar üzərində təşkilidir.
A) İnkişaf
B) Tərbiyə
C) Təhsil
D) Təlim
E) Pedaqoji proses


5. Bu üsul hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmalardan ibarətdir. Hisslərə şərik olmanı inkişaf etdirərək uyğunlaşa bilmə səviyyəsini yaxşılaşdırır. Qeyd olunanlar hansı təlim üsuluna aiddir?
A) Modelləşdirmə
B) Açıq iclas
C) Rollu oyun
D) Səhnələşdirmə
E) Insert


6. Təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret fakt və hadisələr üzərində qurmağı nəzərdə tutur.
A) Elmilik prinsipi
B) Əyanilik prinsipi
C) Şüurluluq və fəallıq prinsipi
D) Sistemlilik və ardıcıllıq prinsipi
E) Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi


7. “Sevinc əşyanın quruluşunu təsvir edə bilmir”. Burada kurikulumun hansı prinsipi pozulur?
A) Şəxsiyyətyönümlülük
B) Nəticəyönümlülük
C) Tələbyönümlülük
D) Şagirdyönümlülük
E) İnteqrativlik


8. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması nədir?
A) Evdə təhsil
B) Sərbəst təhsil
C) Fərdi təhsil
D) Distant təhsil
E) Formal təhsil


9. Pedaqogikanın predmetidir:
A) İnsanın tərbiyəsi
B) Təhsilalma prosesindəki texnologiya və münasibətlər sistemi
C) İnsanın təlimi
D) Pedaqogika elmlər sistemi
E) Təlimin prinsipləri və qanunauyğunluqları


10. Azərbaycan Respublikasının “Təhsil haqqinda qanunu nə vaxt imzalanıb”
A) 19 iyun 2009 - cu il
B) 27 iyun 2007 - ci il
C) 19 iyun 2010 - cu il
D) 19 iyun 2011 - ci il
E) 5 iyun 2005 – ci il