Yoxlama nəticələri

1. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) Müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
B) Müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
C) Şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
D) Tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
E) Yuxarıdakılardan heç biri


2. Təlim prosesinin hərəkətverici qüvvəsi nədir?
A) Təlimin gedişində irəli sürülən tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və zehni inkişafının arasında olan ziddiyyətlərlə bağlıdır
B) Daxili və xarici ziddiyyətlərlə bağlıdır
C) İnsanın öz mövqeyini düzgün müəyyən etməsi və mənfi keyfiyyətlərini aradan qaldırmaq istəməsi ilə bağlıdır.
D) Uşağın süurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması ilə bağlıdır
E) Xaricdən şagirdə göstərilən təsirlə bağlı olan prosesdir


3. Bu təlim üsulunun əsas məqsədi cisim və hadisələri öyrənmək, şagirdlərin keçmiş biliklərini müəyyənləşdirməkdir. Göstərilən fikirlər hansı təlim üsuluna aiddir?
A) Anlayışın çıxarılması
B) Klassik dialoq
C) Auksion
D) Klaster
E) Ziqzaq


4. Müəllim şagirdlərin irəliləyişlərini dəyərləndirə bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması


5. Təlim prosesinin bu funksiyasında bilik, bacarıq və vərdişlərin mənimsənilməsindən başqa həm də onların inkişafı baş verir. Bu hansı təlim funksiyasıdır?
A) Elmlik
B) Təhsilləndirici
C) Tərbiyəedici
D) İnkişafetdirici
E) Heç biri


6. Tapşırıqda olan açar sözlər nəyi əks etdirir?
A) Şagirdin təlim məqsədinə uyğun olaraq həyata keçirdiyi təlim fəaliyyətini əks etdirir. Bu komponentin məzmunu birbaşa təlim məqsədlərindən asılıdır.
B) Hər hansı bilik sahəsinin öyrənilməsinin əsasını təşkil edən universal idrak kateqoriyalarını əks etdirir.
C) Hər hansı fənn və ya bilik sahəsi üzrə cisim və ya hadisəsini bildirən anlayışdır.
D) Təlim nəticələrinin nümayiş etdirilməsi yollarının təzahürüdür.
E) Təlim məqsədlərini


7. Pedaqogikanın texnoloji funksiyaları neçə yerə bölünür?
A) 4
B) 2
C) 3
D) 1
E) 6


8. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


9. Bu biliklərin sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Kontekstual
B) Prosedural
C) Deklorativ
D) Faktoloji
E) Metokoqnitiv


10. Elmi metodlardan istifadə edərək tapşırıqları icra etmək.Blum taksanomiyasının hansı səviyyəsinə aiddir?
A) Anlama
B) Tətbiq
C) Qiymətləndirmə
D) Sintez
E) Təhlil