1. Fasilitasiya qaydalarına aid deyil?
A) Psixoloji dəstəklənmənin qaydaları
B) Məlumatla təminetmə qaydaları
C) Fikrin təhrikedilməsi qaydaları
D) Qrup işinin səmərəli təşkil olunması qaydaları
E) Heç biri
2. “ 1.1.1 Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir” – məzmun standartını bilik və fəaliyyət hissələrinə ayırın.
A) Konteksual, idraki
B) Deklorativ, psixomotor
C) Prosedural, ünsiyyət
D) Deklorativ, ünsiyyət
E) Prosedural, psixomotor
3. “Verilmiş sualla bağlı ideyalarını əsaslandırır”.Bu tapşırıq təfəkkürün hansı növünü müəyyən etmək üçün tərtib olunmuşdur?
A) Tənqidi
B) Məntiqi
C) Yaradıcı
D) Hafizə
E) Təxəyyül
4. Sıra, ümuminkişaf hərəkətlərini icra edir. Verilmiş standarta bilik və fəaliyyətin növünü müəyyən edin.
A) Prosedural bilik, ünsiyyət fəaliyyəti
B) Prosedural bilik, idraki fəaliyyət
C) Prosedural bilik, psixomotor fəaliyyət
D) Deklorativ bilik, idraki fəaliyyət
E) Kontekstual bilik, psixomotor fəaliyyət
5. Nağılın əvvəli ilə tanış olduqdan sonra davamını proqnozlaşdırmaq şagirdin hansı biliyinə əsaslanır?
A) Deklorativ
B) Faktoloji
C) Metakoqnitiv
D) Prosedural
E) Konseptual
6. Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi nədən ibarətdir?
A) Şifahi sual-cavab vasitələrindən istifadə etmək
B) Valideynlərlə əməkdaşlıq etmək
C) Şagirdlərlə əks əlaqə yaratmaq
D) Şagirdləri dərs boyu fəaliyyətini nəzərə almaq
E) Şagird haqqında məlumat toplamaq
7. Təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret fakt və hadisələr üzərində qurmağı nəzərdə tutur.
A) Elmilik prinsipi
B) Əyanilik prinsipi
C) Şüurluluq və fəallıq prinsipi
D) Sistemlilik və ardıcıllıq prinsipi
E) Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi
8. Pedaqogikanın funksiyaları hansılardır?
A) Nəzəri, texnoloji
B) Nəzəri, tətbiqi
C) Nəzəri
D) Texnoloji
E) Heç biri
9. İnklüziv təhsillə bağlı yanlış fikir hansıdır?
A) Yalnız əlilliyi olan deyil,istənilən uşaq məktəbdə çətinliklər yaşaya bilər
B) Təkmilləşdirmə işləri bütün uşaqlar üçün daha yaxşı təhsil şəraitinə gətirib çıxara bilər
C) Müəllimlərin inklüziv mühitdə dərs deyə bilmələri üçün təcrübəsi artırılmalıdır
D) Əlilliyi olan uşaqlarla işləmək üçün xüsusi mütəxəssisləri məktəbə gətirmək lazımdır
E) Çətinliklər tədrisin təkmilləşdirilməsinin vacibliyini vurğulayır
10. Təlimdə “qızıl qayda” nəzəriyyəsinin banisi kimdir?
A) K.D.Uşuniski
B) J.J.Russo
C) N.Gəncəvi
D) N.Tusi
E) Y.A.Komenski