1. Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Qeyd olunanlar kurikulumun hansı xüsusiyyətinə uyğundur?
A) Tələbyönümlülük
B) Nəticəyönümlülük
C) İnteqrativlik
D) Qiymətləndirmə standartı
E) Pedaqoji prosesin tamlığı
2. Təhsil sahəsində dövlət siyasətinin başlıca prinsipləri hansı sənəddə təsbit olunmuşdur?
A) Azərbaycan Respublikasında Konstitusiyası
B) Dövlət Təhsil Standartları
C) Azərbaycan Respublikasının Təhsil Qanunu
D) Təhsil sahəsində İslahat Proqramı
E) Bazis tədris planı
3. Aşağıdakılardan hansı idraki fəaliyyətin bacarıqlarına daxildir?
A) Seçimini izah etmək, təsvir etmək, reaksiya vermək, təqdim etmək.
B) Tanımaq, müqayisə etmək, istifadə etmək, dəyərləndirmək, izah etmək.
C) Rəqs etmək, qaçmaq, yapmaq, quraşdırmaq.
D) Təqdim etmək, şərh etmək, yazmaq.
E) Təhlil etmək, rəsm çəkmək, təsvir etmək, təqdim etmək, istifadə etmək.
4. Müəllim şagirdlərin irəliləyişlərini dəyərləndirə bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması
5. Bu biliklərin kompetensiyaların formalaşdırılması baxımından qiymətləndirmək olar. Öyrənməyi öyrənmək məsələsi məhz bu biliklər və onlara müvafiq fəaliyyətləri nəzərə almaqla həyata keçirilmə bilər. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Deklorativ
B) Prosedural
C) Metakoqnitiv
D) Kontekstual
E) Faktoloji
6. Şagirdlərin qəbuletmə bacarığının inkişafı üçün tətbiq edilən üsul hansıdır?
A) Karusel
B) Qərarlar ağacı
C) Venn diaqramı
D) BİBÖ
E) Proqnozlaşdırma
7. Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi nədən ibarətdir?
A) Şifahi sual-cavab vasitələrindən istifadə etmək
B) Valideynlərlə əməkdaşlıq etmək
C) Şagirdlərlə əks əlaqə yaratmaq
D) Şagirdləri dərs boyu fəaliyyətini nəzərə almaq
E) Şagird haqqında məlumat toplamaq
8. Taksanomiyanı pozan kimdir?
A) Şagird
B) Valideyn
C) Direktor
D) Məktəb şurası
E) Müəllim
9. Demokratik münasibətlərin aşılanmasına imkan yaradır. Söhbət hansı təlim formasından gedir?
A) Fərdi iş
B) Cütlərlə iş
C) Qruplarla iş
D) Kollektivlə iş
E) Heç biri
10. “Məlumatların müzakirəsi və təşkili” mərhələsində istifadə olunan üsullar:
A) BİBÖ, venn diaqramı,klaster,debat
B) Anlayışın çıxarılması, sokrat dialoqu,kublaşdırma,insert
C) İnsert, akvarium, auksion, mühazirə
D) Qərarlar ağacı, təqdimat,rollu oyun, modelləşdirmə
E) Diskussiya, debat, akvarium, müzakirə, sokrat dialoqu