Yoxlama nəticələri

1. Aşağıdakı alqoritmin yerinə yetirilməsi nəticəsində A və C dəyişənləri hansı qiyməti alacaq?


A) A=0, C=0
B) A=1, C=1
C) A=0, C=1
D) A=1, C=0
E) A=-1, C=0


2. Mətn faylının tutumu 320 kbaytdır. Fayl hər səhifəsində orta hesabla 32 sətiri olan kitabdan ibarətdir. Hər sətirdə 64 simvol var. Faylın neçə səhifəsi var?
A) 320
B) 160
C) 540
D) 640
E) 1280


3. Tətbiqi proqramların təyinatı nədir?
A) Kompüterin işini və informasiya emalı prosesini idarə edir
B) Şəbəkə resurslarını idarə edir
C) Müəyyən tip məsələlərin həlli üçün nəzərdə tutulub
D) İstifadəçi ilə kompüter arasında əlaqə qurur
E) Digər proqramlarla periferiya qurğuları arasında əlaqə yaratmaq


4. Əməliyyatın nəticəsi nə olacaq?
x = 589
y = 5
x = x // y
y = x % y
print(y, x)

A) 3 117
B) 1 117
C) 2 12
D) 2 17
E) 2 117


5. İkin proqram nədir?
A) əməliyyat sistemləri və tətbiqi proqram paketləri
B) kompüter dilinə tamamilə səhvsiz çevrilmiş istənilən proqram
C) utilit və drayver proqramı
D) proqramlaşdırma sistemləri və servis proqramları
E) məsələnin həll alqoritmi əsasında seçilən dildə yazılmış proqram


6. Əgər Birinci ədəd 26,İkinci ədəd 25 olarsa,aşağıdakı əməliyyatın nəticəsi neçə olacaq?
a = int(input("Birinci ədədi daxil edin: "))
b = int(input("İkinci ədədi daxil edin: "))
while a != b:
    if a > b:
        a = a - b
    else:
        b = b - a
print (a+b)

A) 51
B) 26
C) 25
D) 2
E) alqoritm sonsuz dövr edəcək


7. Faylın yolu verilmişdir:
C:Magistrinformatikamentiqdil.docx
Faylın yerini informatika kataloqundakı hedef kataloquna köçürdükdən sonra faylın yolu hansı şəkildə olar?

A) C: Magistrinformatikahedefmentiqdil.docx
B) C: Magistrinformatikahedef dil.docx
C) C: Magistrinformatika mentiqhedefdil.docx
D) C: Magistrinformatikadil.docx
E) C: Magistr hedef dil.docx


8. Verilmiş fiquru cəkmək ucun Bağaya hansı komandalar verilməli dir?


A) qələmiendir sola 140 irəli 70 sola 40 irəli 50 sağa 90 irəli 50
B) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 40 irəli 70
C) qələmiendir irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
D) qələmiendir sağa 90 irəli 50 sola 90 irəli 50 sağa 140 irəli 70
E) qələmiendir sağa 90 irəli 50 sağa 90 irəli 50 sağa 140 irəli 70


9. III nəsil EHM-ə aid olmayan cavabı müəyyən edin.
A) İlk dəfə maqnit yaddaş diskindən istifadə olundu
B) İlk dəfə monitordan istifadə edildi
C) İlk dəfə yarımkeçiricilərdən istifadə edildi
D) Kompüterdə multiproqram rejimindən istifadə edildi
E) Kompüterə çoxlu əlavə qurğular qoşulması imkanı yaradıldı


10. Bal cədvəli verilənlər bazası təqdim olunmuşdur. Verilənlərin azalmaya görə nizamlanması nəticəsində Aysel adlı tələbə haqqında yazı (record) 2 sətir aşağı (4-cü sətrə) endi. Azalmaya görə nizamlanma hansı sahə üzrə aparılmışdır?


A) Sıra
B) Məntiq
C) İnformatika
D) Xarici dil
E) Yekun