Yoxlama nəticələri

1. Aşağıdakı şəklə əsasən hərfləri hansı ardıcıllıqla düzsək, düzgün IP ünvan alınar?
A - 45.2
B - 112.1
C - 92
D - 52.1

A) ACBD
B) BCDA
C) BADC
D) CDBA
E) CABD


2. Əgər elektron poçt vasitəsilə məktub göndərən zaman göndərilən şəxsin ünvanı səhv yazılıbsa, nə baş verir?
A) e-mail ünvana çatmır
B) Subject bölməsinin hökmən doldurulması tələb olunur
C) Elektron poçtda subject adlanan bölmə yoxdur
D) Məktub səhv barədə xəbərdarlıqla geri qayıdır
E) e-mail problemsiz ünvana çatır


3. Qrafiki fayl 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarlarının sayı 256 dəfə azaldılarsa, qrafiki təsvirin yaddaş tutumu necə dəyişər?
A) 256 dəfə artar
B) 256 dəfə azalar
C) 4 dəfə azalar
D) 2 dəfə azalar
E) 5 dəfə azalar


4. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED


5. Mətn faylının tutumu 320 kbaytdır. Fayl hər səhifəsində orta hesabla 32 sətiri olan kitabdan ibarətdir. Hər sətirdə 64 simvol var. Faylın neçə səhifəsi var?
A) 320
B) 160
C) 540
D) 640
E) 1280


6. Uyğunluğu müəyyən edin.
1. router
2. repiter
3. bridge
a) OSI modelinin kanal səviyyəsində işləyir və eyni protokolla işləyən qurğuları birləşdirir
b) OSI modelinin şəbəkə səviyyəsində işləyir və müxtəlif protokollu qurğuları birləşdirir
c) OSI modelinin fiziki səviyyəsində işləyir və siqnalın səviyyəsini bərpa etməklə şəbəkə seqmentlərini birləşdirir

A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-a, 2-c, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-b, 2-a, 3-c


7. Faylın yolu verilmişdir:
C:Magistrinformatikamentiqdil.docx
Faylın yerini informatika kataloqundakı hedef kataloquna köçürdükdən sonra faylın yolu hansı şəkildə olar?

A) C: Magistrinformatikahedefmentiqdil.docx
B) C: Magistrinformatikahedef dil.docx
C) C: Magistrinformatika mentiqhedefdil.docx
D) C: Magistrinformatikadil.docx
E) C: Magistr hedef dil.docx


8. Aşağıdakı proqram yerinə yetiriləndə sonra nəticə nə olacaq?
k=2
while k<99:
    k +=2
print (k)

A) sonsuz dövr yaranacaq
B) 100
C) 98
D) 102
E) kompilyasiya zamanı səhv meydana çıxacaq


9. Saytın veb-serverdə yerləşdirilməsi və ona xidmət göstərilməsi necə adlanır?
A) monitorinq
B) yerləşdirmə
C) domen qeydiyyatı
D) texniki xidmət
E) hostinq


10. Bu növ qurulmuş şəbəkədə bütün kompüterlər eyni dərəcəlidir. Burada heç bir kompüter server kimi ayrılmır. Şəbəkədə olan istifadəçilər kompüterlərində olan faylları istənilən digər istifadəçilərlə sərbəst paylaşa bilərlər.
A) “Tay-tuşlar” şəbəkəsi
B) "Server-şin" şəbəkəsi
C) "Şin" şəbəkəsi
D) "Qonşular" şəbəkəsi
E) “Müştəri–qulluqçu” şəbəkəsi