Yoxlama nəticələri

1. ASCII vasitəsilə kodlaşdırılmış "Operating system" ifadəsi UNİCODE ilə dekodlaşdırıldıqdan sonra ondan 4 ədəd simvolu silsək, ifadə yaddaşda neçə bit yer tutar?
A) 64
B) 16
C) 128
D) 32
E) 192


2. Hər səhifəsində 32 sətir olan kitabın hər sətrində 144 simvol varsa, 180 KB həcmli kitab neçə səhifədən ibarətdir?
A) 80
B) 40
C) 20
D) 32
E) 64


3. Cümlədə 5 hərfli 7 söz və 4 durğu işarəsi işlənibsə, UNICODE vasitəsilə kodlaşdırıldıqda kompüterin yaddaşında nə qədər yer tutar?
A) 90 bayt
B) 45 bayt
C) 78 bayt
D) 39 bayt
E) 86 bayt


4. FİELDDATA vasitəsilə kodlaşdırılmış "Protokol" ifadəsində neçə bit informasiya var?
A) 64
B) 28
C) 32
D) 56
E) 128


5. “İNFORMASİYA TEXNOLOGİYALARI” ifadəsi FieldData sxemilə kodlaşdırılıbsa, ifadədə neçə bit informasiya var?
A) 108
B) 189
C) 216
D) 432
E) 378


6. “İNFORMATİKA ELMİ” ifadəsi FieldData ilə kodlaşdırılıb, ASCII ilə dekodlaşdırılsa, alınan ifadədə neçə simvol olar?
A) 8
B) 14
C) 16
D) 32
E) 28


7. Hər sətrində 120 simvol olan 32 səhifəlik ASCII ilə kodlaşdırılmış mətn 30 kB ölçüyə malikdirsə, onun hər səhifəsində neçə sətir mövcuddur?
A) 10
B) 16
C) 8
D) 12
E) 32


8. 8 rəngli qrafik təsvir 768x384 nöqtədən ibarət olarsa, o yaddaşda nə qədər yer tutar?
A) 128 kB
B) 96 kB
C) 108 kB
D) 144 kB
E) 192 kB


9. 4 bitlik CMYK sistemində qrafiki təsvir 128x512 sayda nöqtədən ibarət olarsa, o, yaddaşda nə qədər yer tutar?
A) 256 kB
B) 128 kB
C) 64 kB
D) 32 kB
E) 144 kB


10. Qrafik rejimdə monitorun ekranı 384x512 nöqtədən ibarətdir. Əgər təsvir kompüterin yaddaşında 96 kB yer tutursa, təsvir neçə rəng çalarından ibarətdir?
A) 128
B) 32
C) 256
D) 64
E) 16