Yoxlama nəticələri

1. Təlim prosesinin hərəkətverici qüvvəsi nədir?
A) Təlimin gedişində irəli sürülən tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və zehni inkişafının arasında olan ziddiyyətlərlə bağlıdır
B) Daxili və xarici ziddiyyətlərlə bağlıdır
C) İnsanın öz mövqeyini düzgün müəyyən etməsi və mənfi keyfiyyətlərini aradan qaldırmaq istəməsi ilə bağlıdır.
D) Uşağın süurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması ilə bağlıdır
E) Xaricdən şagirdə göstərilən təsirlə bağlı olan prosesdir


2. Müəllim şagirdlərin irəliləyişlərini dəyərləndirə bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması


3. Tapşırıqda olan açar sözlər nəyi əks etdirir?
A) Şagirdin təlim məqsədinə uyğun olaraq həyata keçirdiyi təlim fəaliyyətini əks etdirir. Bu komponentin məzmunu birbaşa təlim məqsədlərindən asılıdır.
B) Hər hansı bilik sahəsinin öyrənilməsinin əsasını təşkil edən universal idrak kateqoriyalarını əks etdirir.
C) Hər hansı fənn və ya bilik sahəsi üzrə cisim və ya hadisəsini bildirən anlayışdır.
D) Təlim nəticələrinin nümayiş etdirilməsi yollarının təzahürüdür.
E) Təlim məqsədlərini


4. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


5. Elmi metodlardan istifadə edərək tapşırıqları icra etmək.Blum taksanomiyasının hansı səviyyəsinə aiddir?
A) Anlama
B) Tətbiq
C) Qiymətləndirmə
D) Sintez
E) Təhlil


6. Təhsilin məzmun elementlərini göstərin.
A) Təlim, təhsil, tərbiyə
B) Məzmun, məqsəd, fəaliyyət, nəticə
C) Bilik, bacarıq, vərdiş
D) Demokratikləşdirmə, humanitarlaşdırma, humanistləşdirmə
E) Öyrədici, inkişafetdirici, tərbiyəedici


7. Şagirdlərə “vəzifəsini bilməyən heç kəs hüququndan doğru şəkildə yararlana bilməz” fikrini aşılayan müəllim, onlarda qanuna tabe davranışın yaranmasına nail olmağa çalışır. Bu hadisə şagirdlərdə formalaşan hansı tərbiyənin təzahürüdür?
A) Hüquqi tərbiyə
B) Siyasi tərbiyə
C) Cinsi tərbiyə
D) Mənəvi tərbiyə
E) Əmək tərbiyəsi


8. Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklər hansı kateqoriyaya aiddir?
A) Koqnitiv
B) Kontekstual
C) Prosedural
D) Deklorativ
E) Heç biri


9. Aynur müəllim Azərbaycan dili dərsində “Fəsillər” şeirini keçdi. Fürsətdən istifadə edərək şagirdlər fəsillərin necə yaranmasında da danışdılar. Burada kurikulumun hansı prinsipi nəzərə alınmışdır?
A) Şəxsiyyətyönümlülük
B) Tələbyönümlülük
C) Şagirdyönümlülük
D) Nəticəyönümlülük
E) İnteqrativlik


10. 4.1.1. Verilmiş əsərin ideya və mövzusunu müəyən edir. Standarta əsasən bilik və fəaliyyət növünü tapın.
A) Deklorativ, idraki
B) Prosedural, idraki
C) Deklorativ, emosional
D) Kontekstual, psixomotor
E) Kontekstual, idrakı