1. Aşağıdakılardan hansılar əməliyyat sisteminin funksiyalarına aiddir?
1. əməliyyat sisteminin nüvəsi avtomatik yüklənməni təmin edir
2. mürəkkəb mətnlərin hazırlanması
3. kompüterin fiziki mühafizəsi
4. diskdə verilənlərin saxlanması üçün fayl sistemini təşkil edir
5. proqramın əməli yaddaşa yüklənməsini təmin edir və icrasını idarə edir
6. proqramlara virus düşməsinin qarşısını alır.
A) 1, 3, 6
B) 2, 4
C) 2, 5, 6
D) 1, 4, 5
E) 1, 6
2. Aşağıdakı proqramın icrasından sonra y dəyişəni hansı qiyməti alacaq.
x=4; y=x*pow(x,2); print(y=
,y)
A) y=64
B) y=8
C) y=20
D) y=6
E) y=10
3. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması
4. Sərt disklərdə informasiyanın saxlanmasının təhlükəsizliyini təmin etmək üçün onları nədən qorumaq lazımdır?
A) Temperaturan aşağı düşməsindən
B) Atmosfer təzyiqinin dəyişkənliyindən
C) İşıqdan
D) Xarici fiziki təsirlərdən
E) Səs siqnallarından
5. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED
6. Verilənlər bazası - ... .
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığınıdır
B) Böyük informasiya massivlərinin saxlanılması və emalı üçün proqramlar məcmusudur
C) Verilənləri toplanması və manipulyasiyasını dəstəkləyən interfeysdir
D) Müəyyən informasiya yığınıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlqə üçün interfeysdir
7. Aşağıdakılardan hansı relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil?
A) Cədvəlin açar sahəsi olmalıdır
B) Cədvəlin bütün sütunları eyni struktura malik olmalıdır
C) Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır
D) Cədvəlin sətirlər ardıcıllığı istənilən kimi ola bilər
E) Cədvəlin sütun başlıqları təkrarlanmamalıdır
8. a, b və s dəyişənlərinin hansı qiymətləri çap olunacaq?
a = 2
b = 3
while a + b <= 12:
a = a + 1
b = b + 2
s = a + b
print (a, b, s)
A) 5 9 14
B) 9 5 14
C) 10 5 15
D) 5 10 15
E) 10 9 19
9. Uyğunluğu müəyyən edin.
1. Ekran ayırdetməsi
2. Printer ayırdetməsi
3. Təsvirin ayırdetməsi
a) kompüter sisteminin və əməliyyat sisteminin xassəsidir. Bir düym məsafəyə düşən piksellərlə ölçülür.
b) vahid uzunluqlu sahədə çap olunacaq ayrı-ayrı nöqtələrin miqdarını təyin edən printerin xassəsidir. Lpi-lərlə ölçülür.
c) təsvirin öz xassəsidir. Dpi-lərlə ölçülür və skanerdə təsvir yaradarkən təyin edilir.
A) 1-b, 2-c, 3-a
B) 1-a, 2-c, 3-b
C) 1-c, 2-a, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-a, 2-b, 3-c
10. Uyğunluğu müəyyən edin.
1. router
2. repiter
3. bridge
a) OSI modelinin kanal səviyyəsində işləyir və eyni protokolla işləyən qurğuları birləşdirir
b) OSI modelinin şəbəkə səviyyəsində işləyir və müxtəlif protokollu qurğuları birləşdirir
c) OSI modelinin fiziki səviyyəsində işləyir və siqnalın səviyyəsini bərpa etməklə şəbəkə seqmentlərini birləşdirir
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-a, 2-c, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-b, 2-a, 3-c