Yoxlama nəticələri

1. Aşağıdakılardan hansılar əməliyyat sisteminin funksiyalarına aiddir?
1. əməliyyat sisteminin nüvəsi avtomatik yüklənməni təmin edir
2. mürəkkəb mətnlərin hazırlanması
3. kompüterin fiziki mühafizəsi
4. diskdə verilənlərin saxlanması üçün fayl sistemini təşkil edir
5. proqramın əməli yaddaşa yüklənməsini təmin edir və icrasını idarə edir
6. proqramlara virus düşməsinin qarşısını alır.

A) 1, 3, 6
B) 2, 4
C) 2, 5, 6
D) 1, 4, 5
E) 1, 6


2. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması


3. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED


4. Aşağıdakılardan hansı relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil?
A) Cədvəlin açar sahəsi olmalıdır
B) Cədvəlin bütün sütunları eyni struktura malik olmalıdır
C) Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır
D) Cədvəlin sətirlər ardıcıllığı istənilən kimi ola bilər
E) Cədvəlin sütun başlıqları təkrarlanmamalıdır


5. Uyğunluğu müəyyən edin.
1. Ekran ayırdetməsi
2. Printer ayırdetməsi
3. Təsvirin ayırdetməsi
a) kompüter sisteminin və əməliyyat sisteminin xassəsidir. Bir düym məsafəyə düşən piksellərlə ölçülür.
b) vahid uzunluqlu sahədə çap olunacaq ayrı-ayrı nöqtələrin miqdarını təyin edən printerin xassəsidir. Lpi-lərlə ölçülür.
c) təsvirin öz xassəsidir. Dpi-lərlə ölçülür və skanerdə təsvir yaradarkən təyin edilir.

A) 1-b, 2-c, 3-a
B) 1-a, 2-c, 3-b
C) 1-c, 2-a, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-a, 2-b, 3-c


6. Token ring texnologiyasında hansı topologiyadan istifadə edilmişdir?
A) Halqa
B) İyerarxik
C) Ağacabənzər
D) Ümumşin
E) Ulduz


7. Uyğunluğu müəyyən edin.
1. analoq informasiya
2. rəqəmsal informasiya
a) təbiətdə mövcud olan informasiyadır
b) kəsilən informasiyadır
c) kompüterdə mövcud olan informasiyadır
d) kəsilməz informasiyadır
e) virusa yoluxma təhlükəsi yoxdur

A) 1 – a, d; 2 – b, c, e
B) 1 – a, d, e; 2 – b, c
C) 1 – b, d, e; 2 – a, c
D) 1 – c, e; 2 – a, b, d
E) 1 – a, d; 2 – b, c, e


8. Aşağıdakı proqram yerinə yetiriləndə sonra nəticə nə olacaq?
k=2
while k<99:
    k +=2
print (k)

A) sonsuz dövr yaranacaq
B) 100
C) 98
D) 102
E) kompilyasiya zamanı səhv meydana çıxacaq


9. Verilmiş URL ünvana əsasən ən aşağı səviyyəli domeni təyin edin.
https://www.informatika.edu.az

A) az
B) https
C) www
D) informatika
E) https://www


10. Python dilində ədədlərin hansı tipləri var?
1.Tam (int)
2.Həqiqi(real)
3.Uzun tam (long)
4.Həqiqi(float)
5.Tam(İnteger)

A) 1, 4, 5
B) 1, 2, 3
C) 1, 4
D) 2, 3, 5
E) 1, 3, 4