Yoxlama nəticələri

1. Say sisteminin əsası nədir?
A) Say sisteminin ən böyük rəqəmi
B) Say sisteminin ən kiçik rəqəmi
C) Say sisteminin rəqəmləri cəmi
D) Say sistemində iştirak edən rəqəmlərin sayı
E) Say sisteminin rəqəmlərinin ədədi ortası


2. Kompüterlərin strukturu nəyi təyin edir?
A) Kompüterin tərkibinə daxil olan komponentlərin tərkibini və onlar arasındakı qarşılıqlı əlaqəni
B) Kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini
C) Kompüterin arxitekturasını
D) Kompüterin qurğuları və onların imkanlarını
E) Kompüterin aparat və proqram vasitələrinin vəhdət təşkilini


3. 50 ədəd fərqli simvoldan ibarət olan bir mətni ən minimal əlifbada kodlaşdırdıqda yaddaşda nə qədər yer tutar?
A) 400 bit
B) 300 bit
C) 100 bit
D) 800 bit
E) 450 bit


4. Əgər elektron poçt vasitəsilə məktub göndərən zaman göndərilən şəxsin ünvanı səhv yazılıbsa, nə baş verir?
A) e-mail ünvana çatmır
B) Subject bölməsinin hökmən doldurulması tələb olunur
C) Elektron poçtda subject adlanan bölmə yoxdur
D) Məktub səhv barədə xəbərdarlıqla geri qayıdır
E) e-mail problemsiz ünvana çatır


5. Aşağıdakılardan hansılar əməliyyat sisteminin funksiyalarına aiddir?
1. əməliyyat sisteminin nüvəsi avtomatik yüklənməni təmin edir
2. mürəkkəb mətnlərin hazırlanması
3. kompüterin fiziki mühafizəsi
4. diskdə verilənlərin saxlanması üçün fayl sistemini təşkil edir
5. proqramın əməli yaddaşa yüklənməsini təmin edir və icrasını idarə edir
6. proqramlara virus düşməsinin qarşısını alır.

A) 1, 3, 6
B) 2, 4
C) 2, 5, 6
D) 1, 4, 5
E) 1, 6


6. Aşağıdakı proqramın icrasından sonra y dəyişəni hansı qiyməti alacaq.
x=4; y=x*pow(x,2); print(y=,y)

A) y=64
B) y=8
C) y=20
D) y=6
E) y=10


7. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması


8. Sərt disklərdə informasiyanın saxlanmasının təhlükəsizliyini təmin etmək üçün onları nədən qorumaq lazımdır?
A) Temperaturan aşağı düşməsindən
B) Atmosfer təzyiqinin dəyişkənliyindən
C) İşıqdan
D) Xarici fiziki təsirlərdən
E) Səs siqnallarından


9. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED


10. Verilənlər bazası - ... .
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığınıdır
B) Böyük informasiya massivlərinin saxlanılması və emalı üçün proqramlar məcmusudur
C) Verilənləri toplanması və manipulyasiyasını dəstəkləyən interfeysdir
D) Müəyyən informasiya yığınıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlqə üçün interfeysdir