Yoxlama nəticələri

1. Proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün hansı tip verilənlərdən istifadə edilir?
A) Şərti
B) Məntiqi
C) Hesabi
D) Göstərici
E) Mətn


2. Kompüterlərin strukturu nəyi təyin edir?
A) Kompüterin tərkibinə daxil olan komponentlərin tərkibini və onlar arasındakı qarşılıqlı əlaqəni
B) Kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini
C) Kompüterin arxitekturasını
D) Kompüterin qurğuları və onların imkanlarını
E) Kompüterin aparat və proqram vasitələrinin vəhdət təşkilini


3. Bu proqramın icrasından sonra iş sahəsində hansı fiqur çəkiləcək?
qələmiendir
sağa 90
irəli 100
sola 120
irəli 100
sola 120
irəli 100

A) Üç qırıq xətt
B) Kvadrat
C) Paraleloqram
D) Üçbucaq
E) Trapesiya


4. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması


5. Aşağıdakı proqram fraqmentinin sonunda nəyi tapırıq?
s = 0
for i in range(1, 51):
    s = s + i
print(s)

A) İlk əlli bir natural ədədin cəmini
B) İlk əlli natural ədədin cəmini
C) 1 və 51 ədədlərinin cəmini
D) 1 və 50 ədədlərinin cəmini
E) Tək ədədlərin cəmini


6. a, b və s dəyişənlərinin hansı qiymətləri çap olunacaq?
a = 2
b = 3
while a + b <= 12:
    a = a + 1
b = b + 2
s = a + b
print (a, b, s)

A) 5 9 14
B) 9 5 14
C) 10 5 15
D) 5 10 15
E) 10 9 19


7. İkin proqram nədir?
A) əməliyyat sistemləri və tətbiqi proqram paketləri
B) kompüter dilinə tamamilə səhvsiz çevrilmiş istənilən proqram
C) utilit və drayver proqramı
D) proqramlaşdırma sistemləri və servis proqramları
E) məsələnin həll alqoritmi əsasında seçilən dildə yazılmış proqram


8. Uyğunluğu müəyyən edin.
1. analoq informasiya
2. rəqəmsal informasiya
a) təbiətdə mövcud olan informasiyadır
b) kəsilən informasiyadır
c) kompüterdə mövcud olan informasiyadır
d) kəsilməz informasiyadır
e) virusa yoluxma təhlükəsi yoxdur

A) 1 – a, d; 2 – b, c, e
B) 1 – a, d, e; 2 – b, c
C) 1 – b, d, e; 2 – a, c
D) 1 – c, e; 2 – a, b, d
E) 1 – a, d; 2 – b, c, e


9. Bal cədvəli verilənlər bazası təqdim olunmuşdur. Verilənlərin azalmaya görə nizamlanması nəticəsində Aysel adlı tələbə haqqında yazı (record) 2 sətir aşağı (4-cü sətrə) endi. Azalmaya görə nizamlanma hansı sahə üzrə aparılmışdır?


A) Sıra
B) Məntiq
C) İnformatika
D) Xarici dil
E) Yekun


10. Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?


A) ulduz
B) halqa
C) ağac
D) şin
E) tam