1. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED
2. Verilənlər bazası - ... .
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər yığınıdır
B) Böyük informasiya massivlərinin saxlanılması və emalı üçün proqramlar məcmusudur
C) Verilənləri toplanması və manipulyasiyasını dəstəkləyən interfeysdir
D) Müəyyən informasiya yığınıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlqə üçün interfeysdir
3. Aşağıdakılardan hansı relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil?
A) Cədvəlin açar sahəsi olmalıdır
B) Cədvəlin bütün sütunları eyni struktura malik olmalıdır
C) Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır
D) Cədvəlin sətirlər ardıcıllığı istənilən kimi ola bilər
E) Cədvəlin sütun başlıqları təkrarlanmamalıdır
4. a, b və s dəyişənlərinin hansı qiymətləri çap olunacaq?
a = 2
b = 3
while a + b <= 12:
a = a + 1
b = b + 2
s = a + b
print (a, b, s)
A) 5 9 14
B) 9 5 14
C) 10 5 15
D) 5 10 15
E) 10 9 19
5. Uyğunluğu müəyyən edin.
1. Ekran ayırdetməsi
2. Printer ayırdetməsi
3. Təsvirin ayırdetməsi
a) kompüter sisteminin və əməliyyat sisteminin xassəsidir. Bir düym məsafəyə düşən piksellərlə ölçülür.
b) vahid uzunluqlu sahədə çap olunacaq ayrı-ayrı nöqtələrin miqdarını təyin edən printerin xassəsidir. Lpi-lərlə ölçülür.
c) təsvirin öz xassəsidir. Dpi-lərlə ölçülür və skanerdə təsvir yaradarkən təyin edilir.
A) 1-b, 2-c, 3-a
B) 1-a, 2-c, 3-b
C) 1-c, 2-a, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-a, 2-b, 3-c
6. Uyğunluğu müəyyən edin.
1. router
2. repiter
3. bridge
a) OSI modelinin kanal səviyyəsində işləyir və eyni protokolla işləyən qurğuları birləşdirir
b) OSI modelinin şəbəkə səviyyəsində işləyir və müxtəlif protokollu qurğuları birləşdirir
c) OSI modelinin fiziki səviyyəsində işləyir və siqnalın səviyyəsini bərpa etməklə şəbəkə seqmentlərini birləşdirir
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-a, 2-c, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-b, 2-a, 3-c
7. Token ring texnologiyasında hansı topologiyadan istifadə edilmişdir?
A) Halqa
B) İyerarxik
C) Ağacabənzər
D) Ümumşin
E) Ulduz
8. Filtr (və ya keşikçi) tip antivirus proqramlarının əsas funksiyası nədir?
A) Əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir
B) Virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir
C) Kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir
D) İcra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları izləyir
E) Vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır
9. Uyğunluğu müəyyən edin.
1. analoq informasiya
2. rəqəmsal informasiya
a) təbiətdə mövcud olan informasiyadır
b) kəsilən informasiyadır
c) kompüterdə mövcud olan informasiyadır
d) kəsilməz informasiyadır
e) virusa yoluxma təhlükəsi yoxdur
A) 1 – a, d; 2 – b, c, e
B) 1 – a, d, e; 2 – b, c
C) 1 – b, d, e; 2 – a, c
D) 1 – c, e; 2 – a, b, d
E) 1 – a, d; 2 – b, c, e
10. 1558 ədədinin 16-lıq say sistemində yazılışı necədir?
A) 5316
B) F216
C) 7B16
D) 6D16
E) CA116