1. Bu üsul digər üsullara nisbətən daha sərbəstdir. Sonu məchulluqdur. Bu hansı üsuldur?
A) Rollu oyun
B) Kublaşdırma
C) Modelləşdirmə
D) Venn diaqramı
E) Müzakirə
2. Şagirdlərə “vəzifəsini bilməyən heç kəs hüququndan doğru şəkildə yararlana bilməz” fikrini aşılayan müəllim, onlarda qanuna tabe davranışın yaranmasına nail olmağa çalışır. Bu hadisə şagirdlərdə formalaşan hansı tərbiyənin təzahürüdür?
A) Hüquqi tərbiyə
B) Siyasi tərbiyə
C) Cinsi tərbiyə
D) Mənəvi tərbiyə
E) Əmək tərbiyəsi
3. Təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret fakt və hadisələr üzərində qurmağı nəzərdə tutur.
A) Elmilik prinsipi
B) Əyanilik prinsipi
C) Şüurluluq və fəallıq prinsipi
D) Sistemlilik və ardıcıllıq prinsipi
E) Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi
4. Təhsilin məzmununu şərtləndirən amilləri müəyyən edin.
1-cəmiyyətin tələbi və tələbatı
2-şagirdlərin arzu və istəkləri
3-şagirdlərin potensial imkanları
4-müəllimlərin qabaqcıl təcrübəni mənimsəməsi
5-mədəniyyət və incəsənətdə baş verən yeniliklər
A) 1,2,3
B) 1,3,5
C) 2,3,4
D) 2,4,5
E) 3,4,5
5. Özünütərbiyə hansı məqsədlə başlayır?
A) Obyektin öz hərəkətlərini arzu olunan motiv kimi dərk etməsi məqsədilə
B) Başqalarının hərəkət və davranışına müsbət təsir etmək məqsədilə
C) Kollektiv fəaliyyətdə yaxından iştirak etmək məqsədilə
D) Başqalarından fərqlənmək məqsədilə
E) Özünüdərk məqsədilə
6. “Sevinc əşyanın quruluşunu təsvir edə bilmir”. Burada kurikulumun hansı prinsipi pozulur?
A) Şəxsiyyətyönümlülük
B) Nəticəyönümlülük
C) Tələbyönümlülük
D) Şagirdyönümlülük
E) İnteqrativlik
7. Demokratik münasibətlərin aşılanmasına imkan yaradır. Söhbət hansı təlim formasından gedir?
A) Fərdi iş
B) Cütlərlə iş
C) Qruplarla iş
D) Kollektivlə iş
E) Heç biri
8. Fəndaxili inteqrasiyaya aid fikir hansıdır?
A) Bu səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar.
B) Inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla, təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir.
C) Şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldığı məzmun sintez edilir.
D) Müəyyən təhsil sistemi çərçivəsində şagird təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırır.
E) Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin edir.
9. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması nədir?
A) Evdə təhsil
B) Sərbəst təhsil
C) Fərdi təhsil
D) Distant təhsil
E) Formal təhsil
10. 4.1.1. Verilmiş əsərin ideya və mövzusunu müəyən edir. Standarta əsasən bilik və fəaliyyət növünü tapın.
A) Deklorativ, idraki
B) Prosedural, idraki
C) Deklorativ, emosional
D) Kontekstual, psixomotor
E) Kontekstual, idrakı