Yoxlama nəticələri

1. Verilənlər bazası nəzəriyyəsində yazı anlayışı nəyi bildirir?
A) Cədvəlin sütununu
B) Sütun başlıqlarını
C) Cədvəli
D) Cədvəlin sətrini
E) Açarı


2. Verilənlər bazası idarəetmə sisteminin linqvistik vasitələrinə daxil deyil:
A) Verilənlərin seçilməsi
B) SQL
C) Veb-saytların yaradılması
D) Verilənlərlə əməliyyatların aparılması
E) Verilənlərin təsviri


3. Verilənlər bazasının modelini göstərin.


A) İyerarxik
B) İnfoloji
C) Relyasiya
D) Şəbəkə
E) Obyektyönlü


4. Aşağıdakılardan hansı verilənlərin modelinin tipi deyil?
A) Obyektyönlü
B) Şəbəkə
C) Qeyri-xətti
D) İyerarxik
E) Relyasiya


5. Verilənlər bazasının modelini göstərin:


A) infoloji
B) relyasiya
C) iyerarxik
D) şəbəkə
E) obyektyönlü


6. Verilənlər bazası strukturunda sahə anlayışı nəyi bildirir?
A) Açarı
B) Cədvəlin sətrini
C) Cədvəlin sütununu
D) Cədvəli
E) Sütunun başlığını


7. Konstruktor rejimində cədvəl neçə sütundan ibarət olur? (MS Access)
A) 3
B) 4
C) 16
D) 63
E) 64


8. Sorğular ... obyektlərdir (Access 2010).
A) verilənlər bazasının bir yazısını özündə saxlayan
B) informasiyanı daha əyani əks etdirməyə imkan verən
C) yekun qiymətlərinin təyini üçün nəzərdə tutulmuş verilənlərin saxlanılması üçün istifadə olunan
D) müxtəlif meyarlara görə informasiyanın axtarışı və verilənlər bazasından alınması üçün nəzərdə tutulmuş
E) Visual Basic dilində yazılmış proqramı özündə saxlayan


9. Formalar nə üçün nəzərdə tutulmuşdur (Access 2010)?
A) Cədvəllər arasında əlaqələri müəyyənləşdirmək və sazlamaq
B) Verilənlər bazasının cədvəl və ya sorğularını mühafizə etmək
C) Sorğu və cədvəlləri əyani şəkildə əks etdirmək
D) Əmrlər qrupunu avtomatik yerinə yetirmək
E) Cədvəl və sorğuları əlverişli şəkildə çap etmək


10. Əsas açar (primary key) nədir (Access 2010)?
A) Formalarda istifadə üçün imzadır
B) Sahənin dəyişməyən adıdır
C) Hesabatlarda istifadə üçün imzadır
D) Cədvəlin hər bir sətrini birqiymətli təyin edən sahədir
E) Verilənlər daxil edilərkən təkrarlanan sahədir