1. Video-müşahidə kameraları, elektron qıfıllar və s. hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri
2. Reklam proqramları necə adlanırlar?
A) Software
B) Recware
C) Freeware
D) Adware
E) Malware
3. Hər hansı məlum virusa yoluxmuş faylı aşkarlamağa imkan verən antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Süzgəclər
E) Vaksinlər
4. Hansı antiviruslar kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər
5. Aşağıdakı kibercinayətkarları biliklərinin artma sırası ilə düzün.
1. Hacker
2. Script kiddie
3. Cracker
A) 1, 2, 3
B) 1, 3, 2
C) 2, 1, 3
D) 2, 3, 1
E) 3, 1, 2
6. Proqramların üzünün çıxarılması üçün qoyulmuş müdafiəni sındıra bilən, amma proqramlarda zəif yerlərin tapılması və müvafiq utilitlərin yazılmasını bacarmayan adamlar necə adlandırılır?
A) User
B) Hacker
C) Cracker
D) Script kiddie
E) Pirate
7. Aşağıdakı işarələrdən hansı müəlliflik hüququna aiddir?
A) ©
B) ®
C) @
D) ™
E) &
8. Doğru mülahizəni seçin.
1. Asimmetrik şifrləmədə şifrləmə üçün açıq açar istifadə edilir
2. Asimmetrik şifrləmədə şifrləmə üçün gizli açar istifadə edilir
3. Asimmetrik şifrləmədə deşifrləmə üçün gizli açar istifadə edilir
4. Asimmetrik şifrləmədə deşifrləmə üçün açıq açar istifadə edilir
A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4
9. Daktiloskopiya nədir?
A) Gözün qüzehli qişasının şəklinə görə tanınma
B) Nitqin özəlliklərinə görə tanınma
C) Ovucun cizgilərinə görə tanınma
D) Barmaq izlərinə görə tanınma
E) Üzün təsvirinə görə tanınma
10. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 15 olan Sezar şifri ilə “PROQRAM” sözü şifrlənmişdir. Şifrlənmiş mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) DECRFSA
B) CDBYDJ0
C) DECZEKA
D) EƏC0ƏQB
E) DECYEKA