1. “İstifadəçidən icazəsiz informasiyaları toplayır və onları “cinayətkara göndərir”. Söhbət hansı ziyanlı proqramdan gedir?
A) Worm
B) Trojan
C) Hoax
D) Stealth
E) Polymorph
2. Kompüter viruslarından qorunma səviyyələri ardıcıl verilən variantı seçin.
1. virus hücümlarının təsiri minimuma endirilir
2. virusların kompüterə girməsinin qarşısı alınır
3. virus hücumlarının qarşısı alınır.
A) 1, 2, 3
B) 1, 3, 2
C) 2, 1, 3
D) 2, 3, 1
E) 3, 2, 1
3. Virus aşkarlanmış faylı ilkin vəziyyətə qaytarmağa çalışan antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər
4. Proqramların iş qabiliyyətlərini saxlamaqla onları virusa yoluxmuş kimi görünməsi üçün dəyişən antiviruslar hansıdır?
A) Detektorlar
B) Həkimlər
C) Müfəttişlər
D) Filtrlər
E) Vaksinlər
5. Aşağıdakı mülahizələrdən hansı doğrudur?
A) Kompüter cinayət aləti ola bilər
B) Kompüter cinayətin hədəfi ola bilər
C) Kompüter cinayətli məqsədlərə çatmaq üçün yardımçı vasitə ola bilər
D) Mülahizələrin hamısı
E) Mülahizələrin heç biri
6. Kompüter piratçılığı nədir?
A) Mühüm informasiyanı oğurlamaq məqsədilə sistemin “sındırılması”
B) Kompüterlərə bir neçə istiqamətdən virus hücumlarının təşkili
C) İzinsiz olaraq proqram məhsulunun üzünün çıxarılıb yayılması
D) İstifadəçilərin sistem resurslarına daxil olmasının məhdudlaşdırılması
E) Trojan proqramlarının köməyi ilə başqasının kompüterindən mühüm informasiyaların əldə edilməsi
7. Doğru mülahizəni seçin.
1. Sezar şifri asimmetrik şifrləməyə aiddir
2. Sezar açıq açarlı şifrləməyə aiddir
3. Sezar şifri gizli açarlı şifrləməyə aiddir
A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) yalnız 3
8. Doğru mülahizəni seçin.
1. Rəqəmli imzada şifrləmə üçün açıq açar istifadə edilir
2. Rəqəmli imzada şifrləmə üçün gizli açar istifadə edilir
3. Rəqəmli imzada deşifrləmə üçün gizli açar istifadə edilir
4. Rəqəmli imzada deşifrləmə üçün açıq açar istifadə edilir
A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4
9. İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər necə adlanır?
A) Piratçılıq
B) Kibercinayətkarlıq
C) Kriptoqrafiya
D) Virus hücumu
E) Hakerlik
10. Aşağıdakı əlifbadan istifadə edilməklə “PRİNTER” sözü Sezar şifri ilə şifrlənmiş və “VYOTAIY” şifrlənmiş mətni alınmışdır. Bu halda gizli açar neçə olmuşdur?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) 4
B) 5
C) 6
D) 7
E) 8