1. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında hansı informasiya sistemlərindən istifadə olunur?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Avtomatlaşdırılmış idarəetmə sistemləri
E) Sənədlərin idarəedilməsi sistemləri
2. Uyğunluğu müəyyən edin:
1. Robot manipulyatorlar
2. Mobil robotlar
3. Humanoid robotlar
a. təkərlər, ayaqlar və ya analoji mexanizmlər vasitəsilə hərəkət edirlər
b. fiziki quruluş baxımından insana bənzəyirlər
c. fiziki olaraq öz iş yerinə bağlı olur
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-c, 2-b, 3-a
3. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
4. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram
5. İnternetdə ilk axtarış sistemi hansı olub?
A) Archie
B) Google
C) Bing
D) Veronica
E) Yandex
6. Süni intellektin əsas tədqiqat istiqaməti olub, ekspert sistemlərin nüvəsini təşkil edən biliklərin təqdimedilmə modellərinin hazırlanması və biliklər bazasının yaradılması ilə bağlı olan sistem hansıdır?
A) Biliklərə əsaslanan sistemlər
B) Təbii dilin emalı
C) Maşın tərcüməsi
D) Obrazların tanınması
E) Maşın təlimi
7. Aşağıdakllardan hansı Türinq sınağının bir növü hesab edilir?
A) CASE
B) CAPTCHA
C) GPRS
D) GPS
E) IRS
8. Axtarış zamanı istifadə edilən “ağac AND yarpaq” sorğusu nəticəsində hansı səhifələr tapılacaq?
A) Tərkibində ağac və yarpaq sözləri verilmiş ardıcıllıqla gələn səhifələr
B) Tərkibində mütləq ağac sözü olan səhifələr
C) Tərkibində ağac və yarpaq sözlərindən ən azı biri olan səhifələr
D) Tərkibində həm ağac, həm də yarpaq sözlərinin hər ikisi olan səhifələr
E) Tərkibində ya ağac, ya da yarpaq sözləri olan səhifələr
9. Uyğunluğu müəyyən edin:
1. Əli AND Vəli
2. Əli AND NOT Vəli
3. Əli OR Vəli
a. +Əli-Vəli
b. Əli Vəli
c. +Əli+Vəli
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-b, 2-a, 3-c
10. Böyük həcmli verilənlərin süni intellekt metodları və qərar qəbuletmənin dəstəklənməsi alətləri əsasında analiz olunması texnologiyası necə adlanır?
A) Data mining
B) NoSQL
C) MapReduce
D) Hadoop
E) RAID