Yoxlama nəticələri

1. “Bundan sonra teleqraf, telefon və radio yarandı”. Söhbət hansı yenilikdən gedir?
A) Yazının meydana gəlməsi
B) Kitab çapının ixtirası
C) Elektrikin kəşfi
D) Mikroprosessorun ixtirası
E) Tranzistorların ixtirası


2. “Bu kəşf nəticəsində insanlar informasiyanı saxlamaq, sistemləşdirmək və yaymaq üçün yeni bir vasitə əldə etdi”. Söhbət hansı yenilikdən gedir?
A) Yazının meydana gəlməsi
B) Kitab çapının ixtirası
C) Elektrikin kəşfi
D) Mikroprosessorun ixtirası
E) Tranzistorların ixtirası


3. “Bilikləri saxlayaraq gələcək nəsillərə ötürmək imkanı yarandı”. Söhbət hansı yenilikdən gedir?
A) Yazının meydana gəlməsi
B) Kitab çapının ixtirası
C) Elektrikin kəşfi
D) Mikroprosessorun ixtirası
E) Tranzistorların ixtirası


4. Kitab çapının ixtirası hansı dövrə təsadüf edir?
A) e.ə. VI əsrin sonları
B) XII əsrin sonları
C) XVI əsrin ortaları
D) XIV əsrin ortaları
E) XIX əsrin əvəlləri


5. Elektrikin kəşfi hansı dövrə təsadüf edir?
A) XVII əsrin sonları
B) XVIII əsrin əvvəlləri
C) XIX əsrin əvvəlləri
D) XIX əsrin sonları
E) XX əsrin əvvəlləri


6. Mikroprosessorların ixtirası hansı dövrə təsadüf edir?
A) XX əsrin 40-cı illəri
B) XX əsrin 60-ci illəri
C) XX əsrin 70-ci illəri
D) XX əsrin 80-ci illəri
E) XX əsrin 90-cı illəri


7. Bəşəriyyətin inkişaf mərhələlərini düzgün ardıcıllıqla yazın.
1. Sənaye cəmiyyəti
2. Aqrar cəmiyyəti
3. Postsənaye cəmiyyəti

A) 1, 2, 3
B) 2, 1, 3
C) 2, 3, 1
D) 3, 2, 1
E) 3, 1, 2


8. “İnformasiya cəmiyyəti” anlayışını ilk dəfə hansı ölkə alimləri təklif etmişdir?
A) Fransa
B) İngiltərə
C) SSRİ
D) ABŞ
E) Yaponiya


9. Aşağıdakılardan hansı informasiya cəmiyyətinin xarakterik cəhətlərindən biri deyil?
A) İnformasiyanın həcmi inanılmaz dərəcədə artdığından onların emalı və saxlanması üçün xüsusi texniki vasitələrdən istifadə edilir.
B) Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları sürətlə inkişaf edir.
C) Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğuliyyətlər dəyişir.
D) Universitetlər və Akademiyalar təsis olunur.
E) Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə əsas etibarilə informasiyanın emalı ilə məşğul olur.


10. Aşağıdakılardan hansı informasiya cəmiyyətinin xarakterik cəhətlərindən biri deyil?
A) İnsanlar daha çox enerji və maddi məhsullar istehsalında iştirak edirlər.
B) Fasiləsiz təhsil sistemi yaranır.
C) Şagirdlər kompüter proqramları və telekommunikasiya vasitələrinin köməyi ilə evdə təhsil ala bilirlər.
D) İnformasiya xidmətləri bazarı yaranaraq inkişaf edir.
E) Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olur.