Yoxlama nəticələri

1. Aşağıdakılardan hansı İnformasiya Sisteminin heyətinə daxil deyil?
A) Verilənlər bazasının inzibatçısı
B) Sistem analitiki
C) Son istifadəçi
D) Sistem proqramçısı
E) Tətbiqi proqramçı


2. Araşdırılan obyektin vəziyyəti və parametrləri haqqında informasiyanın xüsusi sensorlar vasitəsilə toplanmasını təmin edən sistem hansıdır?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Coğrafi informasiya sistemləri
E) Avtomatlaşdırılmış idarəetmə sistemləri


3. GPS hansı seqmentlərdən ibarətdir?
A) Qlobal, milli, regional, lokal
B) Kadastr, reestr, siyahı
C) Kosmik, qlobal, subkontinental
D) Kosmik, idarəetmə və istifadəçi
E) Diskret, kəsilməz


4. Kompüterin “intellektuallığını” müəyyənləşdirmək üçün təklif olunan sınağın müəllifi kimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin


5. Dünyanın istənilən nöqtəsində koordinatları, eləcə də, Yer səthində və ya fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə nə deyilir?
A) CAD
B) DMS
C) GIS
D) GPS
E) IRS


6. İnternetdə axtarış aparıb, tapdığı səhifələri axtarış sisteminə verən hissə hansıdır?
1. Hörümçək
2. Soxulcan
3. İndeksləyici
4. Proqram

A) yalnız 1
B) 1 və 2
C) 3 və 4
D) yalnız 3
E) 2 və 4


7. Doğru mülahizələri seçin.
A) Şahmat oyunu kompüter üçün çətin məsələ hesab edilsə də, onu proqramlaşdırmaq asan oldu.
B) Bir dildən başqasına tərcümə kompüter üçün asan məsələ hesab edilirdi və onu proqramlaşdırmaq asan oldu.
C) Şahmat oyunu kompüter üçün asan məsələ hesab edilsə də, onu reallaşdırmaq problemə çevrilib.
D) Bir dildən başqasına tərcümə kompüter üçün çətin məsələ hesab edilirdi, həqiqətən də onu reallaşdırmaq problemə çevrilib.
E) Nitqin tanınması kompüter üçün çətin məsələ hesab edilirdi, amma onu proqramlaşdırmaq asan oldu.


8. Verilənlərin analizi və ümumiləşdirilməsi əsasında biliklərin avtomatik toplanması və formalaşdırılmasına istiqamətlənmiş model, metod və alqoritmləri əhatə edən sahə hansıdır?
A) Robotexnika
B) Süni intellekt üçün proqram mühəndisliyi
C) Təbii dilin emalı
D) Obrazların tanınması
E) Maşın təlimi


9. Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsi necə adlanır?
A) konfidensiallıq
B) əlçatanlıq
C) relevantlıq
D) aktuallıq
E) dəqiqlik


10. Axtarış zamanı istifadə edilən “ağac OR yarpaq” sorğusu nəticəsində hansı səhifələr tapılacaq?
A) Tərkibində ağac və yarpaq sözləri verilmiş ardıcıllıqla gələn səhifələr
B) Tərkibində mütləq ağac sözü olan səhifələr
C) Tərkibində ağac və yarpaq sözlərindən ən azı biri olan səhifələr
D) Tərkibində həm ağac, həm də yarpaq sözlərinın hər ikisi olan səhifələr
E) Tərkibində ya ancaq ağac, ya da ancaq yarpaq sözləri olan səhifələr