Yoxlama nəticələri

1. Bayt terminini ilk dəfə kim və nə vaxt işlətmişdir?
A) Verner Bacholz (1956)
B) Samuel Morze (1960)
C) Daniel Bayt (1965)
D) Emil Bodo (1956)
E) Donald Murrey (1992)


2. Yalnız 1-dən kiçik ədədlərin təsvir olunduğu forma aşağıdakılardan hansıdır?
A) Tam ədəd
B) Sabit nöqtəli
C) Sürüşən nöqtəli
D) Simvol
E) Məntiqi


3. Diskdə 2 MB səs faylı, 512 KB şəkil və 4096 bayt mətn faylı varsa, diskdə cəmi neçə KB yer tutulub?
A) 2516
B) 2564
C) 6608
D) 4610
E) 6656


4. 010011012 və 110101012 ədədlərinin cəmi əks kodda hansı nəticəni verər?
A) 100100010
B) 00100010
C) 100100011
D) 10100010
E) 00100011


5. UNICODE haqqında verilmiş mülahizələrdən hansı(lar) doğrudur?
1) ilk 128 kodu ASCII cədvəlinin əsas hissəsi ilə uyğundur
2) bu standart ASCII ilə müqayisədə məhdud imkanlara malikdir
3) hər simvolun unikal adı vardır

A) 1 və 2
B) yalnız 2
C) 1 və 3
D) yalnız 3
E) 2 və 3


6. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə simvol verilmişdir?
1100110110011011110011011011110001011001

A) 3
B) 4
C) 5
D) 6
E) 8


7. Aşağıdakı ifadə ASCII ilə kodlaşdırıldıqdan sonra UNICODE ilə dekodlaşdırılarsa, neçə müxtəlif simvol təsvir olunar?
ABCDCBAECB

A) 10
B) 5
C) 3
D) 4
E) 8


8. 25 ədədini yadda saxlamaq üçün neçə bit tələb olunur?
A) 5
B) 32
C) 8
D) 6
E) 2


9. Hər nöqtəsi 8 rəng çalarına malik olan təsvirin aşağıdakı kod fraqmentində neçə müxtəlif rəng əks olunub?
101110011110010101001011

A) 2
B) 3
C) 4
D) 5
E) 8


10. Şəkildə ASCII kod cədvəlinin bir hissəsi verilmişdir.
“N” simvolunun səkkizlik kodu hansıdır?



A) 78
B) 255
C) 110
D) 125
E) 116