1. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması
2. Periferiya qurğuları ilə əməliyyat sistemləri arasında qarşılıqlı əlaqəni təmin edən proqram necə adlanır?
A) Translyator
B) Drayver
C) Kompilyator
D) Arxivator
E) Kontroller
3. Proqramın ilkin mətnini maşın koduna çevirən xüsusi proqram necə adlanır?
A) modifikator
B) translyator
C) konvertor
D) kodifikator
E) əlaqə redaktoru
4. Aşağıdakı proqramlardan hansı MS Office-ə daxil deyil?
A) Excel
B) Power Point
C) Winamp
D) Word
E) Access
5. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint
6. Tətbiqi proqram təminatına daxildir:
1. proqramlaşdırma sistemləri
2. səs redaktorları
3. mühasibat proqramları
4. fayl menecerləri
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5
7. Tətbiqi proqramları seçin:
1. Mətn redaktorları
3. Arxivatorlar
5. Elektron cədvəllər
7. Translyatorlar
2. Antivirus proqramları
4. Qrafik redaktorlar
6. Əməliyyat sistemləri
8. Tərcümə proqramları
A) 1, 4, 5, 8
B) 2, 3, 6, 7
C) 1, 2, 3, 6
D) 1, 3, 5, 7
E) 2, 4, 6, 8
8. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil?
1. Access 2010
3. Quark Xpress
5. MAC OS
7. Drayverlər 2. Utilitlər
4. Lotus 1-2-3
6. LINUX
8. Adobe Reader
A) 1, 3, 4, 8
B) 1, 4, 6, 7
C) 2, 3, 5, 8
D) 2, 5, 6, 7
E) 3, 4, 5, 6
9. Aşağıdakı proqramlardan hansı fayl və qovluqların disklərdə saxlanma strukturu üzrə funksiyaları həyata keçirir?
A) Microsoft Access 2010
B) Microsoft Excel 2010
C) Microsoft Outlook 2010
D) WinRar
E) Windows Explorer
10. Bunlardan hansı əməliyyat sistemi deyil?
A) Windows XP
B) Unix
C) Linux
D) MS DOS
E) OSI