Yoxlama nəticələri

1. Bütün kompüterlərə məxsus olmayan vasitələri göstərin:
A) BIOS
B) Proqram təminatı
C) Xüsusi periferiya qurğuları
D) Texniki təminat
E) Drayverlər


2. Prosessorun əsas parametrləri hansılardır?
1.Kadrların əks olunma tezliyi
2.Müdafiə dərəcəsi
3.Takt tezliyi
4.Keş yaddaşın tutumu
5.Diaqonal üzrə ölçüsü
6.Mərtəbəliliyi
7.İşçi gərginliyi
8.Piksellərin (nöqtələrin) sayı

A) 1, 2, 5, 8
B) 2, 3, 4, 6
C) 3, 4, 6, 7
D) 3, 4, 5, 6
E) 1, 3, 4, 6


3. Daxili yaddaş qurğularına aiddir:
1. RAM
2. HDD
3. DVD
4. BIOS
5. FDD

A) 1, 5
B) 1, 4
C) 1, 3, 5
D) 2, 5
E) 2, 4, 5


4. Bunlardan hansı yaddaş qurğusudur?
A) FDD, DVD-ROM, Prosessor, Əməli Yaddaş
B) Keş yaddaş, Strimer, HDD, Modem
C) HDD, DVD, FDD, RAM
D) Ana plata, HDD, Keş yaddaş, Prosessor
E) Vinçestr, Sərt disk, Prosessor, RAM


5. Böyük həcmdə informasiyanı saxlayan yaddaş qurğusu hansıdır?
A) digitayzer
B) kontroller
C) plotter
D) strimer
E) skaner


6. Bunlardan hansı kompüterin əsas hissəsidir?
A) Printer
B) Plotter
C) Sistem bloku
D) Mikrofon
E) Skaner


7. Çıxış qurğularını göstərin:
1. Printer
3. Monitor
5. Plotter
7. Proyektor
2. Skaner
4. Klaviatura
6. Web-kamera
8. Maus

A) 2, 4, 7, 8
B) 2, 3, 5, 6
C) 1, 3, 5, 7
D) 1, 4, 5, 8
E) 3, 4, 5, 6


8. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz

A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2


9. Uyğunluğu müəyyən edin:
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğuları
a. klaviatura, maus
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. monitor, səsucaldan
d. printer, plotter
e. CD-ROM, DVD-RW

A) 1 – e; 2 – a; 3 – b
B) 1 – c; 2 – a; 3 – b
C) 1 – d; 2 – a; 3 – b
D) 1 – e; 2 – c; 3 – a
E) 1 – d; 2 – c; 3 – e


10.
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğuları
a. monitor, printer
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. skaner, coystik
d. klaviatura, mikrofon
e. sərt disk, kompakt disk

A) 1 – a; 2 – e; 3 – b
B) 1 – d; 2 – a; 3 – b
C) 1 – e; 2 – c; 3 – d
D) 1 – d; 2 – a; 3 – c
E) 1 – e; 2 – a; 3 – b